''Lotu Quli'' canlı yayında - VİDEO

''Lotu Quli'' canlı yayında - VİDEO

Oğru dünyası da informasiya texnologilarının yüksək inkişafı ilə ayaqlaşır. Azərbaycanlı ''qanuni oğru'' ''Lotu Quli''nin fəaliyyətini izləyəndə bu fikrə gəlmək olar. Vesti.az bildirir ki, ''Lotu Quli'' sosial şəbəkələrdə canlı yannlara çıxaraq öz izləyicilərinə mesajlarını çatdırır, onların çətin suallarına cavab verir. 

Əldə etdiyimiz video əsasında demək mümkündür ki, ''Lotu Quli'' Azərbaycanın regionlarını təsir sahələrinə bölür, onun hər yerdə izləyiciləri var. Gəncəni o ''qanuni oğru'' Rəşad Gəncinskiyə tapşırıb.

Belə görünür ki, ''Lotu Quli'' qərara gəlib ki, icra hakimiyyəti orqanlarının rəhbərləri öz öhdəliklərini lazımınca yerinə yetirmir. Nəticələrə siz baxın, biz isə onu deyə bilərik ki, ''Lotu Quli'' hələ həbsdə olarkən özü ilə bağlı problemləri sosial şəbəkələr, xüsusəilə də ''skype'' vasitəsilə həll edirdi. 




Loading...

Loading...

Oxşar xəbərlər