İrandan qumbara gətirən Azərbaycan vətəndaşı sərhəddə saxlanılıb

İrandan qumbara gətirən Azərbaycan vətəndaşı sərhəddə saxlanılıb

Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "Kamaz" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər