“İnterpol” xətti ilə axtarışda olan şəxs Qazaxıstanda tutularaq Azərbaycana ekstradisiya olunub

“İnterpol” xətti ilə axtarışda olan şəxs Qazaxıstanda tutularaq Azərbaycana ekstradisiya olunub

“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda tutulub. “Report”un xəbərinə görə, 1970-ci il təvəllüdlü Səyyaf Əkbər oğlu Tağıyev Qazaxıstandan Azərbaycana ekstradisiya olunub.

Qeyd edək ki, S.Tağıyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və o, axtarışa verilmişdi.




Loading...


loading...
Loading...
loading...