Bakıda şəhid qızını öldurən oğlanın biznesmen atasının çıxışı - VİDEO

Bakıda şəhid qızını öldurən oğlanın biznesmen atasının çıxışı - VİDEO

Xəbər verdiyimiz ki, şəhid Elton Əkbərovun qızı 1975-ci il təvəllüdlü Könül Əkbərovanı “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimov iş adamı Akif Rəhimovun oğludur. Criminal.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, R.Rəhimlinin atası “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.

Buna dab bax: ''Prezidentin qərarı var ki, uşağı qudurğanlıq edən məmuri qovulsun, amma...'' - Şəhid qızını öldürən hansı məmurun oğludur? (FOTOLAR)

A.Rəhimov 2010 və 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizədliyini irəli sürüb. Aktiv seçki kampaniyası aparan A.Rəhimov qalib gəlmək şansları olsa da, qəfil namizədliyini geri çəkib. Bilinən odur ki, A.Rəhimov “Yeganə Mamed” kimi tanınan, uzun illər “Yeganə” şadlıq sarayını işlədən Mamed Rəhimovun qardaşıdır. M.Rəhimovun yaşadığı problemlər üzündən 2011-ci ildə ölkədən getdiyi də bildirlir.

A.Rəhimov seçki kampaniyası zamanı öz çıxışı ilə izləyicilərin yaddaşında qalıb. Criminal.az həmin görüntüləri təqdim edir:

Rəhimov Akif Şəmiddin oğlu 1995-1998 ci illərdə Rusiya Fedarasiyasının Sankt-Peterburq,Moskva şəhərlərində sahibkarlıqla məşğul olub. 1998-ci ildən Azərbaycana qayıdıb, çoxşaxəli sahibkarlıq fəaliyyətini davam etdirib. Hazırda Rəhimov Akif Şəmiddin oğlu “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.

Buna da bax: Bakıda şəhid qızını maşınla məhşur biznesmenin oğlu vurub öldürübmüş - FOTO

Yada salaq ki, 3 uşaq anası olan K.Əkbərovanı noyabrın 8-də, 19:30-da Bayraq meydanı yaxınlığında “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil vurub. Sürücü qadını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. 3 uşaq anası olan qadın hadisə yerində keçinib. K.Əkbərovanın anası Bəsti Qədimovanın mətbuata israrlı müraciətlərindən sonra Rəhim Rəhimov saxlanılıb. Qəzadan ötən 20 gün ərzində hüquq mühafizə orqanları şəhidin həyat yoldaşına sürücünü müəyyən edə bilmədiklərini deyirdilər.

Bu arada unikal.org saytı şəhid Elton Əkbərovun qızı Könül Əkbərovanın ölümünə səbəb olan "Jeep Grand Cherokee” markalı maşının fotosu yayılıb. Qəza törədən avtomobil hazırda cərimə meydançasındadır.

Buna da bax: Bakıda biznesmen oğlunun maşınla vurub öldürdüyü şəhidin qızı - FOTO

Bakıda şəhid qızını maşınla məhşur biznesmenin oğlu vurub öldürübmüş - FOTO


Bakıda şəhid qızını öldurən oğlanın biznesmen atasının çıxışı - VİDEO
Bakıda şəhid qızını öldurən oğlanın biznesmen atasının çıxışı - VİDEO


Loading...

Loading...

Oxşar xəbərlər