Bakıda bankomatı kəsib 40 min manat oğruladılar

Bakıda bankomatı kəsib 40 min manat oğruladılar

Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb. Criminal.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xətai rayonu Axundov küçəsində quraşdırılmış bankomat qaynaq aparatı ilə kəsilib.

Aparatıb içindən 40 min manat oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Əhmədov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.




Loading...

Loading...