Azərbaycanlını intihara məcbur edən polkovnik həbs edildi: kapitan qaçdı

Azərbaycanlını intihara məcbur edən polkovnik həbs edildi: kapitan qaçdı

Moskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamı Rövşən Allahverdiyevi özünü yandırmağa məcbur edən polis polkovniki Mixail Vinoqradov həbs edilib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onun barəsində “Vəzifə həddini aşma” maddəsiylə cinayət işi qaldırılıb və hazırda təcridxanadadır.

Hadisə vaxtı Vinoqradovla birgə olan kapitan rütbəli şəxs isə axtarışa verilib. Xatırladaq ki, hadisə noyabrın 22-də günorta saatlarında baş verib. Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı, əslən Tovuz rayonundan olan Rövşən Allahverdiyev və ondan “haqq” tələb edən polis əməkdaşı Mixail Vinoqradov arasında mübahisə yaranıb.

Mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis kapitanı M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Podlipka stansiyası ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına “haqq” verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb.

Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb. Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib. Bütün bədəni yanan Rövşənin vəziyyəti ağırdır.




Loading...

Loading...