Azərbaycandan Gürcüstana narkotik maddə aparmaq istəyən qadın tutulub - FOTO

Azərbaycandan Gürcüstana narkotik maddə aparmaq istəyən qadın tutulub - FOTO

 Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Qırmızı körpü" nəqliyyat-buraxılış məntəqəsi ərazisində narkotik maddənin əldə olunması, saxlanılması və ölkəyə gətirilməsi ittihamı üzrə 33 yaşlı qadını saxlayıblar.

"Report" "Sputnik-Georgia" nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat idarənin saytında dərc olunub.

Qadının üzərinə baxış zamanı 23 qram heroin, tərkibində 1,8 qram preqabalin olan 6 kapsul "lirika" narkotiki, həmçinin tərkibində təqribən 0,04 qram metadon duzu olan bir ədəd "metadon" həbi daxil olmaqla 61 qramdan artıq narkotik maddə aşkar edilərək götürülüb.

Saxlanılan şəxs günahını etiraf edib. Müəyyən edilib ki, o, saxlanılan zaman narkotik maddələrin təsiri altında olub. 

Faktla bağlı cinayət işi açılıb. Milliyyəti açıqlanmayan qadını 8 ildən 20 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir.




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər