Azərbaycanda əxlaqsız qadınlar “KamAZ” sürücüsünün başına oyun açdı - TƏFƏRRÜAT

Azərbaycanda əxlaqsız qadınlar “KamAZ” sürücüsünün başına oyun açdı - TƏFƏRRÜAT

Goranboy rayonunda baş vermiş soyğunçuluq hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az xəbər verir ki, Goranboy rayonu ərazisində 3 qadın tərəfindən 200 manatı soyğunçuluq yolu ilə əlindən alınan Eldar Mikayılov “KamAZ” sürücüsü olub.

O, özünə məxsus olan yük maşını ilə Samuxdan İmişliyə gedirmiş və Goranboy rayonu ərazisindən keçərkən yol kənarındakı kafelərdən birinə düşüb. Kafedə olarkən tanımadığı qadınla münasibət quran E.Mikayılov daha sonra həmin qadının onun cibindəki pulu götürdüyünü görüb. O, qışqıraraq qadından cibindən götürdüyü pulu geri qaytarmasını tələb edib.

Münaqişəyə kafedəki digər qadınlar da qoşulublar və “müştəri”nin pulu almaqda qərarlı olduğunu görüncə Arzu Atayevə məxsus olan “VAZ 21 011” markalı avtomobilə minərək qaçıblar. Yüngül həyat tərzi keçirən qadınları ərazidən uzaqlaşdıran avtomobilin nömrəsi müəyyən edildikdən sonra sürücü tutulub.

Daha sonra isə soyğunçuluq əməlini törətmiş Gəncə sakini olan 3 qadın yaxalanaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.




Loading...

Loading...

Oxşar xəbərlər