Azərbaycanda dəhşətli hadisə: Keçmiş qayınatasını evində öldürdü

Azərbaycanda dəhşətli hadisə: Keçmiş qayınatasını evində öldürdü

Biləsuvar rayonunda qətl törədilib. Lent.az xəbər verir ki, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Ramil Nofəl oğlu Biləsuvar rayonu Təzəkənd kəndində keçmiş qayınatası 49 yaşlı Əlican Ağayevi bıçaqlayaraq öldürüb.

O, daha sonra polis şöbəsinə gedərək törətdiyi əməl barəsində məlumat verib və təslim olub. Bildirilir ki, hadisəni törədən 34 yaşlı Ramil bir müddət əvvəl həyat yoldaşından boşanıb. O, dünən axşam saat 19 radələrində keçmiş qayınatasının evinə gedib və burada münaqişə baş verib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.




Loading...

Loading...