4 ton narkotiklə Atlantik okeanında tutulan azərbaycanlı kimdi

4 ton narkotiklə Atlantik okeanında tutulan azərbaycanlı kimdi

Xəbər verdiyimiz kimi, İspaniya polisi 4 tona yaxın Kolumbiya kokaini aparan “Thoran” adlı gəmini saxlayıb. İspaniya Gömrüyü, Dövlət Polisi və İspaniya Mülki Qvardiyası tərəfindən Atlantik okeanında birgə həyata keçirilən əməliyyat nəticəsində Komor adaları bayrağı altında üzən gəminin mətbəxinin altında 165 bağlama kokain aşkarlanıb.

Maraqlıdır ki, 7 nəfərlik gəmi heyətinin 6 üzvü Türkiyə, 1 üzvü isə Azərbaycan vətəndaşıdır və onların hamısı həbs olunub.

Bazar dəyəri 250 milyon funt-sterlinq təşkil edən narkotiklə tutulan Azərbaycanlı kimdir?

Azərbaycanın müvafiq strukturları tərəfindən onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hər hansı addım atırlımı?

Image result for Atlantik okeanında tutulan azərbaycanlı

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən “Yeni Müsavat”a bildirildiyinə görə, Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirən dənizçilərə gəmi heyət üzvü qismində işləməsi üçün sertifikat verilir və onlar bu sertifikatla dünyanın hər yerində işləmə hüququ qazanırlar. Bu sertifikatı alan şəxslərin ölkədən kənarda başqa ölkələrin bayrağı altında üzən gəmilərdə fəaliyyətinin isə Administrasiyaya aidiyyəti yoxdur.

Image result for Atlantic Ocean  “Thoran”

Azərbaycan Xarici İşlər Nazirliyindən vətəndaşımızla bağlı hər hansı araşdırmanın aparılıb-aparılmadığını öyrənmək mümkün olmadı.

Qeyd edək ki, İspaniya polisi avqust ayında 18 ton Kolumbiyaya narkotiki daşıyan və Komor adaları bayrağı altında üzən daha bir gəmini saxlamışdı. Gəminin 13 heyət üzvündən 11 nəfəri Ukrayna vətəndaşı idi.




Loading...


loading...
Loading...
loading...