"Ceyhun Şirinov evimi zəbt edərək iki qız yerləşdirdi" - Bakının məşhur prokuroru haqda ilginc iddia

Загрузка...
"Prokuror Ceyhun Şirinova bir neçə dəfə zəng vurdum. Cavab verdi ki, mən rayonun prokuroruyam, nə bacarırsan elə. Ona rəhbərinə şikayət edəcəylə bağlı xəbərdarlığıma isə "kimə istəyirsən şikayət et” cavabını verdi”.
Bu fikirləri Sabunçu rayon prokuroru Ceyhun Şirinov haqqında Criminal.az saytına müraciət edən Səfər Soltanov deyib. S.Sultanov Sabunçu rayon prokurorunun onun mülkünü əlindən almaqda ittiham edir:
"2003-cü ildə mənzil almaq üçün Bakıxanov qəsəbəsi ərazisində yerləşən ev alqı-satqı ofislərini gəzərkən maklerlərdən biri mənə yaxınlaşaraq bir otaqlı ev olduğunu dedi. Bildirdi ki, evin sahibinin Lixovsen Roman Oleqoviçə məxsusdur. Mən həmin şəxslə tanışlıq yaratdım və evi almaq istədiyimi bildirdim. O, atasının vəfat etdiyini, evin başqa vərəsəsi olmadığını dedi. Biz qiymət yazılaşdıq, söhbətlərimizdə onun anası da iştirak edirdi. Beləliklə evi mənə satmaq üçün anasına etibarnamə verdi və anası Tatarxxanova Marina Zulumovna Bakıya gələrək evə aid sənədləri qaydasına saldı. Çıxarışı qanuni şəkildə oğlu Romanın adına keçirdi və evin alqı-satqıya hazır olduğunu bildirdi. Alqı-satqı müqaviləsi imzaladıq”. 

Şikayətçi deyir ki, evlə bağlı problemi alqı-satqıdan sonra başladı. Onun sözlərinə görə, Sabunçu rayon prokuroru heç bir qanun və qaydalara hörmət etmədən araşdırma aparmaq adı ilə evi zəbt etdi və ora iki qadın yerləşdirdi:
"Prokurora bir neçə dəfə zəng vursam da, o "rayonun prokuroruyam, nə bacarırsan elə” cavabını verdi. Mən ona rəhbərliyinizə şikayət edəcəyimlə bağlı xəbərdar etsəm də, "kimə istəyirsən şikayət et” cavabını verdi. İndi isə deyir ki, həmin evə şəhid ailəsini yerlşədirmişəm. Ceyhun Şirinov zəbt etdiyi evin qanuni vərəsəsi tərəfindən satıldığını bildikdə şəhid ailəsinin adından istifadə edir ki evi mənə qaytarmasın”.
"Tanıdığım adamlardan hədə mesajları göndərir ki, məni məhv edər. Məni əlaqələrindən istifadə edərək işdən çşıxarılmağımla hədələyir. Şikayət ərizəımdən sonra xəbər göndərdi ki, 10 min manat verim, adamlar evi boşaltsın. Çarəsizlikdən razılaşdım, amma indi yenə işi uzadaraq məni aldadır. Qeydiyatda olduğum İsmayıllı rayonunda mən və atam barədə maraqlanır ki, qorxub geri çəkilim. Mən artıq neçə ildir kirayə pulu ödəyirəm, buna imkanım da çatmır. Eviminin Ceyhun Şirinovun istilasından azad edilməsini və onun barəsində tədbir görülməsini xahiş edirəm”.
C.Şirinov köməkçisi vasitəsilə Criminal.az saytına bildirdi ki, həmin evdə şəhid ailəsi məskunlaşıb: "Ceyhun müəllim dedi ki, gedib araşdırsınlar.Mən heç kimin evin zəbt etməmişəm. Orda şəhid ailəsi yaşayır. Dedi ki, məhkəməyə versin, məhkəmə qaydasında evdən çıxartdırsın”. 



Загрузка...
Загрузка...

Xəbər lenti