Ceyhun Bayramov bu gün ABŞ Dövlət katibi Mike Pompeo ilə görüşəcək

Ceyhun Bayramov bu gün ABŞ Dövlət katibi Mike Pompeo ilə görüşəcək
Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Washington-da ABŞ Dövlət katibi Mike Pompeo ilə görüşəcək. ABŞ Dövlət Departamentinin saytında görüşün ABŞ vaxtilə səhər 09:30-da olacağı qeyd olunub.
Görüşdə Dövlət katibinin müavini Stephen Biegun-un da iştirak edəcəyi bildirilib. Gündəlikdə Mike Pompeo-nun Ceyhun Bayramovdan sonra Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanla da görüşəcəyi qeyd olunub. (Azərtac)

Xəbər lenti