“Xalqın şairi”ndə QALMAQAL: finala çıxan iştirakçı yarışmanı tərk etdi – “Burada qazanılan ev də, birincilik də haramdır!”

“Xalqın şairi”ndə QALMAQAL: finala çıxan iştirakçı yarışmanı tərk etdi – “Burada qazanılan ev də, birincilik də haramdır!”

ARB-də efiriə gedən “Xalqın şairi” adlı şeir yarışmasını bir qrup iştirakçı etiraz edərək tərk edib. PressClub.Az bildirir ki, bu barədə gənc şair Xəlil Adıgözəl məlumat verib. Şair hətta finala çıxmasına baxmyaraq bu addımı atıb. Səbəb isə yarışmada iştirakçılara qarşı edilən haqsızlıqdır deyir Xəlil Adıgözəl.

Şair vurğulayır ki, onunla birlikdə daha bir neçə iştirakçı yarışmanı tərk edib.

Xəlil Adıgözəlin məsələ ilə bağlı geniş açıqlamasını təqdim edirik:

“Bu gün “Xalqın şairi” adlı şeir yarışmasında final turuna keçdim. Şeir səsləndirərkən Nizaməddin Şəmsizadə kağızlarla oynayır, Rüstəm Behrudi telefonla kiminləsə mesajlaşırdı. Məti Osmanoğlundan heç danışmağa dəyməz, adam şeirdən başqa hər şeyi dəyərləndirirdi. Şeirimi bitirəndən sonra dedilər ki, şeirdə yeni bir şey görmədik. 7 balla dəyərləndirdilər. Şeiri sizinlə bölüşəcəyəm. Şeir o şeir idi ki, ədəbiyyat tarixində bir şairin belə qələmi dəyməyib. Şeiri dəyərləndirməmişdən öncə şeiri dinləmək lazımdır. Nə isə ki, 50 ballıq sistemlə 41 balla final turuna keçdim. Klassiklərin kürsüsündə əyləşib iştirakçıları və münsiflərin dəyərləndirmələrini izləyirdim. Məndən sonra çıxan bir neçə iştirakçıya 2 şeir oxumaq şansı verildi(bizə əvvəlcədən 1 şeir oxuyacağımız deyilmişdi) Məhz səsləndirilən 2-ci şeirdən sonra bir neçə iştirakçı 44 balla növbəti mərhələyə keçdi. Nizaməddin başladı ki: “Gələndə Füzulini oxuyub gəlmişəm, burda kimə nə rəy verim?” İştirakçıları Füzuli ilə müqayisə etməyə başladı. Axırda bir yaşlı qadına həyati problemləri münasibəti ilə və Nizaməddinin onun kitabına ön söz yazmağı ilə əlaqəli(Nizaməddinin özü bunu dilə gətirdi) Nizaməddin və R. Behrudi tərəfindən 10 balla dəyərləndirildi.(Mənə 7 bal vermişdilər) Füzuli-müzuli yaddan çıxdı…

Artıq buna göz yuma bilməzdim. Haqqına girilən həmkarlarımın bu şəkildə kəsilməyinə sussaydım, özümü bağışlaya bilməzdim. Ayağa qalxıb sərt şəkildə etirazımı bildirdim. Nizaməddinin: “Yaxşı eləyirəm!”- sözü hələ də qulaqlarımda cingildəyir. Final turuna keçməyimə baxmayaraq yarışmanı tərk elədim. Mənimlə birlikdə bir neçə iştirakçı da oranı tərk etdi. Bu haqsızlığa göz yumub yerindən tərpənməyən iştirakçılar isə ömürlərinin axırına kimi ədəbiyyatda oturaq həyat keçirəcəklər. Mənim vicdanım rahatdır!

Qeyd: Yanlış anlaşılmasın, mən döyüşdüyüm meydana “söz” atacaq qədər ədəbsiz adam deyiləm. Bu yarışma sayəsində xeyli oxucu qazandım. Qulu Ağsəs, Əvəz Qurbanlı, Baba Vəziroğlu, Mübariz kimi insanları qazandım.

Artıq o yarışmada yoxam, məni tanıyanlar yaxşı bilir ki, qərarımı bir dəfə verirəm. Tərk etdiyim yerə bir dönmərəm! Bu qədər insanın haqqına girilən, haqsızlıq olunan yarışmada qazanılan ev də, birincilik də haramdır!
Hörmətlə…”.


“Xalqın şairi”ndə QALMAQAL: finala çıxan iştirakçı yarışmanı tərk etdi – “Burada qazanılan ev də, birincilik də haramdır!”


Loading...

Loading...

Oxşar xəbərlər