Sahibkar DTX sədrinə müraciət edib qapı istədi

Sahibkar DTX sədrinə müraciət edib qapı istədi

Fəxrəddin Bağırov: “Xahiş edirəm mənə qarşı törədilmiş  cinayəti araşdırıb əsl həqiqəti ölkə rəhbərliyinə çatdırasınız”

Gədəbəyin icra başçısı Ramiz Yediyarov tərəfindən obyektinin qapı-pəcərəsi daşla hördürülən sahibkar Fəxrəddin Bağırov Dövlət Təhlükəsizlik Xidmətinin  sədri Mədət Quliyevə müraciət edib. 

Müraciətdə deyilir: 

Hörmətli cənab general,

Xahiş edirəm şikayətimi cənab Prezidentə və xanım birinci vitse-prezidentə çatdırasınız. Mən sahibkaram. Amma dövlətdən nə maliyyə yardımı istəmirəm, nə də başqa güzəşt olunmasını rica etmirəm. Mən dövlətdən  qapı istəyirəm, qapı. 1 ay bundan əvvələcən fəaliyyət göstərdiyim, çıxarışla mənə məxsus olan obyektimin icra başçısının qanunazidd göstərişi ilə hörülmüş qapısını istəyirəm. Qapının hörülməsi məni öz əmlakımdan  təcrid edib.

Buna da bax: Gədəbəydə icra başçısı sahibkarın obyektinin qapısını hördürür +FOTOFAKTLAR

Mən dövlətdən Konstitutsiya ilə müəyyən olunmuş, ancaq rayon rəhbərinin cinayətkar əməlləri nəticəsində pozulmuş əmlak və şəxsi toxunulmazlıq hüququmun bərpasını istəyirəm və bu hüququ pozanların cəzalandırılmasını istəyirəm. Bu məktubu sizə yazmağımın səbəbi isə ondadır ki, ötən 1 ay müddətində başıma gələnlərlə bağlı hansı dövlət qurumuna müracət göndərdimsə, bütün müraciətlərim Prezident  Admistrasiyasına yönləndirildi. Amma Adminstrasiyanın rayon icra başçısına havadarlıq edən əməkdaşları isə müraciəti obyektiv araşdırıb ölkə rəhbərliyinə məlumat vermək əvəzinə yenidən rayon rəhbərliyinə göndərdi. Rayon rəhbərliyinin öz törətdiyi əməli obyektiv araşdırması isə elementar məntiqə şığan bir iş deyil. Ona  görə də mən 1 aydır öz qanuni hüquqlarımın müdafiəsi ümidi ilə  Bakının soyuq, küləkli küçələrində qalmışam.  Sahibkarlıq fəaliyyəyim dayanıb, işçilərim pərən-pərən düşüb, icra başçısı Ramiz Yediyarov isə öz isti kabinetində oturub,  məni susdurmaq və qanunsuz hərəkətlərini ört-basdır etmək üçün min cür iftiralar hazırlamaqla məşğuldur.

Buna da bax: Sahibkar prezidentə müraciət etdi, başçı buldozerlə obyektini dağıtdı

Hörmətli general, 

Eşitdiyim, bildiyim qədər siz obyektiv adamsınız və ölkə rəhbərliyinə əsl həqiqəti söyləyirsiniz. Onun üçün məhz sizə müraciət edirəm, xahiş edirəm mənə qarşı törədilmiş  cinayəti araşdırıb əsl həqiqəti ölkə rəhbərliyinə çatdırasınız. Törədilmiş misli görünməmiş özbaşınalığın aradan qaldırılmasına yardımçı olasınız”.




Loading...

Loading...

Oxşar xəbərlər