Qazaxda AXCP fəalının evini sökmək istəyirlər: “Mitinqdə iştirakıma görə təzyiq edilir” – FOTO

Qazaxda AXCP fəalının evini sökmək istəyirlər: “Mitinqdə iştirakıma görə təzyiq edilir” – FOTO

Xalq Cəbhəsi Partiyasının Qazax rayon təşkilatının fəalı Fəzail Əliyev ona qarşı təzyiqin gücləndiyini bildirib.

PressClub.Az bildirir ki, bu haqda fəalın özü məlumat verib. Bunun səbəbi, onun oktyabrın 27-də Bakıda Demokratik Qüvvələrin Milli Şurasının mitinqində iştirakıdır.

“Rayon mərkəzində dayım oğlunun çayxanasını, bacım qızına məxsus kommersiya obyektini bağlayıblar. Bu günlərdə rayon icra hakimiyyətindən məktub gəlib ki, tikintisi hələ başa çatmamış evim söküləcək və səbəb də budur ki, guya həmin tikili yüksək gərginlikli elektrik xəttinin qoruq zonasında yerləşir. Halbuki bu evin cəmi bir mərtəbəsi tikilib, özü də bunu gizlin tikməmişəm ki, hamı görür, o zaman bu sözü niyə demirdilər?”, deyə Əliyev bildirib.

O hesab edir ki, siyasi motivlərlə təzyiqə məruz qoyulur.

Əliyev 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində milli-demokratik hərəkatda iştirak edib. Həmçinin Qazax rayonunun müdafiəsi üzrə döyüş əməliyyatlarında fəal iştirak edib.

 
 



Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər