Nazirlikdə kuryoz: Zakir Həsənov baş redaktorun qələmini alıb əlinə avtomat verdi

Nazirlikdə kuryoz: Zakir Həsənov baş redaktorun qələmini alıb əlinə avtomat verdi

 Müdafiə Nazirliyinin “Hərbi bilik” hərbi – elmi, publisistik jurnalının redaksiyası ləğv olunub. AzEuroNews.com-un əldə etdiyi məlumata görə, bu günlərdə jurnalın redaksiyasında baş verən kuryoz bir hadisə qalmaqalla nəticələnib və nazirlik redaksiyanı ləğv qərarı verib.

“Hərbi bilik” jurnalı

“Hərbi bilik” jurnalı

“Hərbi bilik”in baş redaktoru, mayor Zakir Hüseynovun və leytenant rütbəli müavininin (adını dəqiqləşdirməyə çalışırıq – müəllif) redaksiyada arzuolunmaz insidentə səbəb olduqları iddia edilir.

Məsələ dərhal nazirliyə məruzə olunub. Hadisədən agah olan müdafiə naziri Zakir Həsənovun göstərişi ilə “Hərbi bilik” jurnalı bağlanıb, redaksiya kollektivi buraxılıb.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov

Məlumata görə, baş redaktor Z.Hüseynov və müavini isə cəza olaraq cəbhə bölgəsində xidmətə göndərilib. Onların cəbhə bölgələrindən birində xidmət etdikləri bildirilir.




Loading...

Loading...

Oxşar xəbərlər