İcra başıçısından Mehriban Əliyevaya şikayət: ''Ya özümü yandıracam, ya da onu məhv edəcəm''

İcra başıçısından Mehriban Əliyevaya şikayət: ''Ya özümü yandıracam, ya da onu məhv edəcəm''

İcra başçısından 1-ci vitse prezdenti Mehriban Əliyevaya şikayət edilib. 2-ci qrup əlil Hacımirzə Ağamirzəyev Criminal.az saytına da göndərdiyi müraciətdə bildirilir ki, Qusar rayon İcra hakimiyyətinin başçısı Şair Alxasov rayonun Samur qəsəbəsi ərazisində 1992-1993-cü illərdə, əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim 5 otaqlı yaşayış evimi, 2 otaqlı hamam binasını, 2 otaqlı yardımçı binanı, 02.06.2010-cu il tarixdə məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, tamah məqsədilə, mülkiyyətimdəki 0,46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə, ekskavatorla sökdürərək, bütün əmlakım qəsdən məhv edilməklə, evimdə saxladığım 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaratmaqla Cinayət Məcəlləsinin 157.1, 177.3.2, 186.2.1, 308.1 və 309.1-ci maddələrdə nəzərdə tutulan cinayət tərkibli hərəkətə yol verib. 

Buna da bax: Ali Məhkəmədə ən gənc və yaşlı hakim kimdir?

Müraciətdə deyilir: 8 il ərzində Qusar rayon prokurorluğun rəhbərliyi ilə qeyri obyektiv araşdırma aparılıb, Şair Alxasovun cinayət tərkibli hərəkətləri müdafiə edilib, hal-hazıra qədər prokurorluğun rəhbərliyi ilə qəbul edilmiş bütün qərarlar, Qusar rayon məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarları ilə dəfələrlə ləğv edilərək, materiallar Qusar rayon prokurorluğuna qaytarılıb. 

Buna da bax: MTN generalına ağır cəza tələbi - 15 İL HƏBS, RÜTBƏLƏRİ SÖKÜLSÜN, VAR-DÖVLƏTİ ALINSIN 

Bütün hallarda Şair Alxasov öz nüfuzundan istifadə edərək, hüquq-mühafizə, məhkəmə organlarının işinə qanunsuz müdaxilə etməklə, həmin organlar tərəfindən qanunamüvafiq qərarların qəbul edilməsinə maneçilik törətməkdədir. Şair Alxasovun cinayət hərəkətlərı məni Qusar RİH-i binasının qarşısında özümü intihar etməyə, ya da Şair Alxasovu fiziki olaraq məhv etmək məcburiyyətinə gətirib çıxarıb. Bütün əmlakımı qəsdən məhv etməklə cinayət tərkibli hərəkət edib, azğınlaşmış, tamahkar, öz biznesin həcminin artırılması ilə məşğul olan, vətəndaşların heç bir müraciətini həll etməyən, vətəndaşlarla təvəzökar davranmayan, özünü Qusar rayonun "padşahı" elan etmiş Şair Alxasov barəsındə qanunamüvafiq tədbirlərin görülməsini sizdən xahiş edirəm. Ümüdvaram ki, yardımınızı əsirgəməyərək, ailəmizdə baş verə biləcək ailə faciənin qarşısının alınmasında köməklik göstərəcəksiniz. 

Buna da bax: Adam oğurluğu ilə bağlı cinayətkar dəstə yaxalandı - BAKIDA XÜSUSİ ƏMƏLİYYAT

İcra başçısının birinci müavini Şahid Fərəməzov Criminal.az saytına açıqlamasında bildirdi ki, H.Ağamirzəyevin həmin ərazidə evi olmayıb və söküntünü də özü aparıb. Sonradan xəyalına gəlib ki, kimdənsə pul qopardacaq. 

Ş.Fərəməzovun sözlərinə görə, H.Ağamirzəyevin işi məhkəməyə qədər gedib çıxıb. Prokurorluqda və polisdə onun şikayətləri dəfələrlə istintaq olunub. 

Buna da bax: ''Onu qolları qandallı önümə gətirdilər'' - GENERALA MƏKTUB YAZAN XANIM JURNALİST

''Onun dava etdiyi yerin sənədi də olmayıb. Sonradan köhnə tarixlə saxta sənəd çıxartdırıb. Həmin ərazidən bir neçə obyekt olub, lakin sahibləri tərəfindən sökülürək aparılıb. Çünki Nəqliyyat Nazirliyindən 2010-cu ildə xəbərdarlıq məktubu gəlmişdi ki, yol çəkilişinə görə, vətəndaşlar obyektlərini öz vəsaitləri hesabına sökməlidir. Bütün sahibkarlar özləri obyekt və tikililərini sökdülər. Ağamirzəyevin obyekti isə yeni tikilən gömrük məntəqəsinin qarşısında idi. O, da  obyektini sökərək yaxınlıqdakı özünə məxsus üzüm emalı zavoduna daşıdı. Ona heç bir konpensasiya verilmədi. Çünki torpaq qanunsuz idi. İndi isə saxta sənəd  düzəltdirib''-deyə birinci müavin əlavə etdi. 

 




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər