Hər gün tıxac, hər gün əsəb – “Ekologiya postu” Xırdalan sakinlərinin kabusuna çevrilib

Hər gün tıxac, hər gün əsəb – “Ekologiya postu” Xırdalan sakinlərinin kabusuna çevrilib

Xırdalan sakinləri Bakı istiqamətinə gəldikdə çox əziyyət çəkməli olurlar. Səbəb isə, Xırdalan dairəsi yaxınlığında yerləşən, “Ekologiya postu” adlandırılan polis postunun qarşısında günün bütün saatlarında tıxacın yaranmasıdır. 

Şəhər sakinlərindən biri saytımıza bildirib ki, hər gün orada 1 saata qədər tıxacda qalırlar. Əslində tıxacı yaradanlar da, insanlardır. Saatda 80 kilometr sürətlə hərəkət etməli olan sürücülər, posta çatanda sürəti 20-30 kilometr saata endirirlər ki, bu da avtomobillərin çoxalmasına, nəticədə tıxacın yaranmasına səbəb olur. Eyni zamanda tıxacın yaranmasının bir günahı da postda xidmət göstərən polis əməkdaşlarıdırlar. Belə ki, post daxilində xidmət aparmalı, hərəkətə maneə yaratmamalı olan polislər, əllərində istiqamətverici dəyənəkləri ilə, bəzən düz yolun ortasına çıxırlar. Yaxud da, hansısa qaydanı pozan sürücünü kənarda durdurmaq əvəzinə, yolun ortasında saxladırlar. Bu da nəticədə avtomobillərin hərəkətinə maneə yaradır. Xırdalan sakinləri artıq bu durumdan bezdiklərini söyləyirlər.

Nəqliyyat üzrə ekspertlər bildirirlər ki, ilk növbədə postda xidmət aparan əməkdaşlar, qaydalara riayət etməlidirlər. Təhkim olunduqları yerdə xidmət aparmalı, hərəkətə maneə yaratmamalıdırlar. İkincisi isə, insanlar maariflənməli, yol hərəkəti qaydalarına əməl etməlidirlər. Hüquqşünas Ərşad Hüseynov deyir ki, sürücülər sürət həddi saatda neçə kilometr qoyulubsa, ona uyğun sürməlidirlər: “Sürət həddi 80 km saat qoyulubsa, demək orda aşağı sürətlə hərəkət etmək olmaz. Sürücüləri maarifləndirmək, onlar arasında təbliğat aparmaq lazımdır ki, bu cür problemlər də yaşanmasın”.

 




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər