Bu xəstələri ölkədə heç kəs görmür (FOTO +18)

Bu xəstələri ölkədə heç kəs görmür (FOTO +18)

Cüzam insanda yaranan xroniki infeksion xəstəlikdir. Tibb alimlərinin fikrincə, bu xəstəliyin törədicisi vərəm xəstəliyinin törədicisi ilə oxşardır. Vərəm də infeksion xəstəlikdir. Lakin cüzam daha təhlükəlidir. Xəstəlik iris mikrobların vasitəsilə yayılır, bir insandan başqasına keçir. Bu cür xəstələr yaxınlarıyla təmasda olmamağa çalışırlar. Bu da onların psixikasında müəyyən problemlərin yaranmasına səbəb olur.



Ötən il açıqlanan statistikaya görə, ölkəmizdə 100-ə yaxın insan xroniki infeksion xəstəlik olan cüzamdan əziyyət çəkir. Azərbaycandakı cüzam xəstələri Bakıdan bir neçə kilometr uzaqda olan Um-Bakı qəsəbəsindəki dispanserdə saxlanılırlar.



Bu dispanserdə müalicə kursu alandan sonra onun formasından asılı olaraq xəstə evə buraxıla bilər. Lakin cüzamın ağır formalarında - lepratomaq, tuborkloid və qeyri-müəyyən tiplərində xəstələr daima müalicə olunmalıdır.

Bir xəstənin daimi və məcburi olaraq cəmiyyətdən kənar bir yerdə qalmağa məcbur edilməsi belə bir sualın yaranmasına səbəb olur: Görəsən, bu hal insan hüquqlarının pozuntusu kimi dəyərləndirilə bilərmi? 

Tibb eksperti, professor Adil Qeybulla hesab edir ki, əslində bu, onların cəmiyyətdən izolyasiya olunması demək deyil: 

“Məqsəd xəstəliyin başqalarına keçməməsi, yayılmaması üçündür. Dünyanın hər yerində cüzam xəstələri ilə bağlı belə bir rejim tətbiq olunur”.

Ekspert bildirdi ki, Azərbaycanda yalnız cüzam xəstələri məcburi surətdə Um-Bakıdakı dispanserə cəlb olunur.

Millət vəkili Çingiz Qənizadə də bu fikirdədir. O bildirdi ki, bir şəxsin başqalarının təhlükəsizliyi naminə cəmiyyətdən təcrid olunması hüquq pozuntusu sayıla bilməz:

“Əgər bütün dünyada cəmiyyətdən bu cür təcrid olunma halları varsa, deməli, bu, qəbul edilmiş qaydadır. Məndə olan məlumata görə, bu xəstəliyin daşıyıcıları vəfat etdikdə ya yandırılırlar, ya da yerin çox dərin qatında basdırılırlar ki, infeksiyalar, viruslar ətrafa yayılmasın. Yəni başqalarının təhlükəsizliyi naminə kimsə cəmiyyətdən təcrid olunursa, bu, hüquq pozuntusu sayıla bilməz. Azərbaycanda da bu rejim tətbiq olunursa, deməli, hansısa beynəlxalq konvensiya ilə razılaşdırılıb”. 






Loading...


loading...
Loading...
loading...