Azərbaycanda vəzifəli şəxsə ağır ittihamlar: qumarbaz, narkoman, rüşvətxor – FOTO

Azərbaycanda vəzifəli şəxsə ağır ittihamlar: qumarbaz, narkoman, rüşvətxor – FOTO

Azərbaycanda vəzifəli şəxs narkomanlıqda, qumarbazlıqda, dövlət əmlakını talamaqda ittiham edilir. Bu ittihamlar Göyçay rayon sakinləri Əliyev Soltan Teyyub oğlu, Məmmədova Maisə Qalib qızı, Səmədov Ağamusa Kamal oğluvə Qədirli Oruc Vidadi oğlu tərəfindən PressClub.Az-a daxil olan müraciətdə əksini tapıb.

Artezianlar icarəyə verilir, obyektlərə əhali üçün nəzərdə tutulan sayğac qoyulur

Məlumtarda qeyd edilir ki, “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin müdiri İlqar Mütəllibov Göyçay rayonunun kəndlərindəki artezian motorlarını başqa-başqa şəxslərə icarəyə verib aylıq pulu cibinə qoyur. Cəyirli kəndindəki artezianda su nasosu motoristi Cavanşir Rəsulovun adı sənədləşdirilsə də, oranı Baba adlı şəxsə ayı 1000 manata icarəyə verib. Baba adlı şəxs artezian suyunun satışı ilə məşğul olur. Qarabağlar kəndindəki artezianda su nasosu motoristi Vüqar adlı şəxs sənədləşdirilsə də, oranı Elburus adlı şəxsə icarəyə verib. Şəhadət kəndindəki artezianda Tamara Mollayevanın adı sənədləşdirilsə də, Rəşid adlı şəxsə icarəyə verilmişdir. Göyçay rayonundakı bütün artezianlar başqa şəxslərə ayı 1000 manata icarəyə verilmişdir. Rayon ərazisində sahibkarlıq obyektlərinin əksəriyyətinə istifadə etdikləri suya görə əhali sayğacı qoyulub. Hansı ki, qanuna əsasən, kommersiya obyektlərinə qeyri-əhali sayğacları quraşdırılıb həmin tariflə pul hesablanmalıdır. Bu isə külli miqdarda pul edir ki, İlqar Mütəllibovun birbaşa cibinə gedir.

Qohumlarının obyektlərinə sayğacdan kənar su xətləri qoşdurur.

İddia edilir ki, həmçinin İlqar Mütəllibovun özünə və qohumlarına məxsus çoxlu sayda kommersiya obyektlərinə əhali sayğacı qoyulub və bir-neçəsində isə sayğacdan kənar su xəttləri qoşulub, pulsuz istifadə edilir. Həmçinin çoxunda su sayğacı mexanikidir, bir neçəsində isə sayğac olsa da, qeydiyyatı yoxdur. Göyçay şəhərinin Karl Marks küçəsindəki dönərxanada, “Muxtaroğlu” şirniyyat sexində, dörd yol ərazisindəki “Ağ Market” də, Göyçay rayon polis şöbəsinin arxasında yerləşən mebel sexində, “Dostluq” kafesində, dayısı oğlu Elşad Mahmudova məxsus gözəllik salonunda, Tələbə Dövlət Komisiyyası binasında yoxlama aparılsa, bu, tam sübut olunacaq.

Həmçinin mərkəzi su anbarının yanından qeydiyyatsız, sənədləşdirilmədən saxtakarlıqla 40-lıq boru ilə istilikxanalara su verib aldığı pulu cibinə qoyur.

Qanuna əsasən, qeyri-əhali sayğacları kommersiya obyektlərinə texniki işləri daxil olmaqla 248 manata quraşdırılmalıdır. Ancaq İlqar Mütəllibov 248 manat dövlət rüsumundan əlavə kommersiya obyektindən 300-400 manat əlavə pul alır.

Bir çox sahibkarlar isə İlqar Mütəllibova şəxsən pul versələr də, onların obyektlərinə su sayğacları quraşdırılmayıb. Həmin sahibkarlar süründürməçiliyə məruz qalıblar. Min bir xırdavat mağazasının sahibi Mahir adlı şəxs, lepka sexinin sahibi Ələkbər adlı şəxs qanuni pullarını keçirsələr də, indiyə qədər onların obyektlərinə su sayğacı çəkilməyib. Zöhrab adlı şəxsin yuyucu sexinə pul alıb sayğac qoyulsa da qeydiyyata aldırmadan pulu alıb cibinə qoyub.

Sayğaclar əhali üçün 70 manata quraşdırıldı

Vurğulanır ki, “Göyçay Sukanal” Törəmə Səhdar Cəmiyyətinə məxsus avtomobillərin heç biri icbari sığorta edilməyib və texniki baxışdan keçirilməyib. Su maşınları hamısı icarəyə verilib su satışı ilə məşğul olurlar. İdarəyə məxsus ekskavator ayı 400 manata icarəyə verilib.

İdarəyə baş anbardar vəzifəsinə təyin edilmiş Samir Adıgözəlov ruhi xəstə olduğu üçün hərbi xidmətə yararsız hesab edilib. İş stajı olmayan, 11-ci sinfi qurtaran və ruhi xəstə olanı İlqar Mütəllibov küllü miqdarda rüşvət alıb bu vəzifəyə təyin edib.

Qışda donvurma nəticəsində yararsız hala düşmüş smartkart sayğaclarının yerinə Gəncədən 21 manata alınmış mexaniki sayğaclar hər bir abonentin evinə 70 manata quraşdırılmışdı. İlqar Mütəllibov köhnə su anbarındakı 400-500 ölçülü su borularını və bina evlərindəki su şəbəkələrini qanunsuz olaraq sökdürüb satdırıb.

Qumarbaz, narkoman…

Şikayətçilər iddia edirlər ki, İlqar Mütəllibov tez-tez qumar oynamaqla, narkotik qəbul etməklə məşğul olur. Onu narkoloji testdən keçirsələr bu, tam sübut olunacaq: “O, ara adamıdır, təsadüfən bu vəzifəyə təyin edilib. İlqar Mütəllibov hətta latın əlifbası ilə yazıb-oxumağı belə bacarmır. Bu, adam o qədər savadsızdır ki, 31 Mart soyqırım günündə işçiləri bayram günü münasibəti ilə təbrik edib. İşçilərin isti sudan istifadə etməsi üçün su anbarına qoyulmuş areston aparatını aparıb öz evinə qoydurub. Onun bütün bu korrupsiya işlərini sağ əli olan nəzarətçi Vahid Hüseynov aparır. Vahid Hüseynovun nəzarət etdiyi küçələrdə su xətlərinin qanunsuz qoşulmaları aşkar ounaraq akt tərtib edilib İlqar Mütəllibova təqdim edildikdə o, həmin aktları cırıb atmışdır. Çünki bu saxtakarlıq əməlləri ilə əldə olunan pullar İlqar Mütəllibovun cibinə axır. Nəzarətçi Vahid Hüseynov məxsus “Ömür” aptekində sudan istifadəyə görə qanunsuz olaraq əhali sayğacından istifadə edilir”.

“Arxamda spiker dayanıb”

İlqar Mütəllibov hamının yanında danışır ki, məni bu vəzifəyə birbaşa spiker Oktay Əsədov təyin etdirib, “arxamda o dayanır, hətta Bakıya gedəndə spikerin xidməti avtomobilindən istifadə edirəm”. Bildirilir ki, təxminən bir neçə ay əvvəl İlqar Mütəllibovun qızı dələduzluq cinayətinə görə Bakının Nəsimi rayonunda 22-ci polis bölməsində saxlanılıb, hazırda isə barəsində cinayət işi istintaq edilir. Müdirin qızı dələduzluq yolu ilə bir neçə şəxsin küllü miqdarda pullarını aldadıb alıb.

“Mətbuat vasitəsi ilə hüquq mühafizə orqanlarından xahiş edirik, bu şikayətimizdə göstərdiyimiz faktları yerində, obyektiv araşdırıb dövlətin vəsaitini talan edən korrupsioner, saxtakar, narkoman İlqar Mütəllibovun barəsində ciddi tədbirlər görsünlər. Həmçinin onun narkoloji testdən keçirilməsi təmin olunmasını xahiş edirik. Korrupsionerin, saxtakarın, narkomanın, qumarbazın və savadsızın vəzifədə nə işi var. İlqar Mütəllibovun yeri zindan olmalıdır” – Şikayət məktubunda vurğulanıb.

İttihamlarla bağlı “Azərsu”da cavab öyrənmək cəhdlərimiz boşa çıxdı. Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı dəfələrlə zəngimizə baxmayaraq telefona cavab vermədi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

 



Loading...

Loading...

Oxşar xəbərlər