Anar Nağılbazın video görüntülərini yayanı hansı cəza gözləyir?

Anar Nağılbazın video görüntülərini yayanı hansı cəza gözləyir?

Vəkil İradə Cavadova: “Bu cür informasiyaların yayılması şəxsi intihara sürükləyə bilər, bunun üçün qanun bəsit olmamalıdır…”

Son vaxtlarda tanınmış rep ifaçısı Anar Nağılbazın adı mətbuatda xoşagəlməz olaylarda hallanır. Belə ki, bir neçə gün öncə sənətçinin intim videosu yayıldı, ardınca keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva onun barəsində ağır ittihamlar səsləndirdi, daha sonra isə repçinin özü sosial şəbəkələrdə keçmiş həyat yoldaşının səs yazısını yaydı və s.

Mediaya açıqlamasında “adamı kürəyindən vurmazlar” deyən repçinin yaxın zamanlarda ikinci dəfə ailə quracağı və Azərbaycanı birdəfəlik tərk edəcəyi haqda da xəbərlər dolaşdı. Təbii ki, bütün bunlar illərin tanınmış rep ifaçısı olan Anar Nağılbazın imicini böyük zərbə altına qoymuş oldu. Repçi mətbuata verdiyi açıqlamada onun videosunu yayanları məhkəməyə verəcəyini deyib.

Maraqlıdır, şəxsi sirlərin, səsyazmaların və yaxud şəxsə aid video görüntülərin mətbuatda, sosial şəbəkələrdə yayılması cinayət məsuliyyəti yaradırmı?

Tanınmış hüquqşünas İradə Cavadova bu haqda musavat.com-a danışıb: “Təbii ki, Anar Nağılbazın şəxsi həyatı ilə bağlı sirlərinin yayılması qanunsuz hərəkətdir. Bunları kim yayıbsa məsuliyyət  daşımalıdır. Bunun üçün isə Anar Nağılbazın özü hüquq mühafizə orqanlarına, daha sonra məhkəməyə müraciət edə bilər. Çünki bu cür onun nüfuzuna xələl gətirir. 

Bildiyiniz kimi şou-biznes aləmində bəzən bilərəkdən kimlərsə öz həmkarlarını “vurmağa” çalışır. Təkcə şou-biznes aləmində deyil, həm də digər sahələrdə də bu cür hallarla rastlaşırıq. Halbuki qanunuvericilikdə şəxsi həyatın qorunması birbaşa göstərilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. 

Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə isə eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Lakin mətbuatda yayılan məlumatlarda belə məlum olur ki, repçinin yaxınları məlum video görüntüləri yayıb və buna görə də 156-cı maddənin 2-ci bəndi bu məsələyə aid olmayacaq. Təbii ki, əgər yaxınları belə yaymış olsa bununla bağlı materiallar toplanaraq məhkəməyə verilə, şəxsə hansı ziyan dəydiyi araşdırıla bilər. Anar Nağılbaz hətta təzminat da tələb edə bilər. 

Ümumiyyətlə hesab edirəm ki, bu cür məsələlərə dövlət çox ciddi nəzarət etməli və bu haqda qanun maddəsi belə bəsit olmamalıdır. Çünki bəzən şəxsi nüfuzdan salmaq üçün bu cür materialları yaymaqla həmin şəxsi intihara da sürükləyə bilər və bu yolverilməzdir”.

 




Loading...

Loading...

Oxşar xəbərlər