Abutalıbovun yaşadığı Qaraçuxur – Yeni Günəşli yolunda Hələb xarabalıqları – Fotolar

Abutalıbovun yaşadığı Qaraçuxur – Yeni Günəşli yolunda Hələb xarabalıqları – Fotolar

Paytaxtın Qaraçuxur – Yeni Günəşli yolu Suriyanın Hələb şəhərinin xarabalıqlarına oxşayır.

AzEuroNews.com xəbər verir ki, Suraxanı rayonu 141 saylı orta məktəbə gedən yol səngər kimi qazılaraq bağlanıb.

Bu da avtomobillərin gediş-gəlişini çətinləşdirib. Məktəbdən övladını götürməyə gedən valideynlər isə işgəncənin nə vaxt qurtaracağını gözləyirlər.

Qaraçuxurdan Yeni Günəşliyə gedən yolun bağlanması avtomobil saxlamağa yer da saxlamayıb.

Əraziyə texnika yeridilib, borular gətirilib, məktəblərin girişi lentlə qapadılıb, hərəkət tamamilə iflic olub.

Buna səbəb qaz borularının dəyişdirilməsidir. Sakinlərin narazılığı isə ondandır ki, qazıntı işlərini qeyri-iş günü etmək olardı.

Onların sözlərinə görə, qaz xətlərinin yenilənməsinə etiraz etmirlər. Ancaq yaxşı olardı ki, yollar nə günə qoyulubsa, düzəldilsin.

Onsuz da Qaraçuxurun yolları müharibədən çıxmış, üstündən tank keçmiş əraziləri xatırladır.

Bu müddətdə nə “Azəravtoyol” ASC, nə də Suraxanı Rayon İcra Hakimiyyəti qəsəbənin yolları ilə maraqlanıblar.

Ümumiyyətlə, Qaraçuxurda yol yoxdur. Sadəcə, sürücülər dağılmış, tökülmüş, çala-çuxur ara küçələrlə ziq-zaq hərəkətlər edərək mənzil başına çatırlar.

İstərsə Qaraçuxur-Yeni Günəşli, istərsə Qaraçuxur-Bakıxanov, istərsə də Ərəblinka adlanan yollar asfaltlanıb.

Ona görə də 141 saylı məktəbə gedən yolların bağlanması və qazılıb tökülməsi, texnikanın yeridilib səngərlər yaradılmasından sonra  həmin yerləri torpaqlayıb gedəcəklər.

Ümumiyyətlə, kommunal qurumların şəhərdə gördükləri işdən sonra yolu asfaltalaması praktikası və etikası yoxdur. Bu həm də əlavə maliyyə tələb edir deyə heç bir idarə özünə əziyyət vermir.

Odur ki, Qaraçuxur sakinləri də qazılan yolların hamar olacağına inanmır. Onların dediyinə görə, Suraxanı RİH-nə və bələdiyyəsinə etdikləri müraciətə nəzəri cavab verilib.

Deyilib ki, hazırda RİH-nin fondunda bu işləri görməyə vəsait yoxdur və bu ilin proqramında nəzərdə tutulmur.

Hərçənd ki, Bakı və ətraf qəsəbələrin, ara yolların, məhəllələrin asfaltlanmasına dövlət büdcəsindən pul ayrılır.

Bu plandan Suraxanı da kənar saxlanmayıb. Amma icra başçısı İlqar Abbasov Qaraçuxur və Yeni Günəşli kimi əsas yola asfalt tökdürmək istəmir.

Ən maraqlısıdır bu yolun çıxışda Bakı meri Hacıbala Abutalıbovun evi var. Ancaq Bakının icra hakimi öz yaşadığı qəsəbənin yollarına belə baxmır…




Loading...

Loading...

Oxşar xəbərlər