“Bu, Elmara görə qisas idi, qardaşımı başından vurmuşdular...”

29 Oktyabr 2020, 15:17
29 Oktyabr
2020
15:17
433
Gəncədə icra başçısına qarşı sui-qəsdə görə təqsirləndirilən, amma öldürülənlərin yaxınları danışır
Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə həbs olunan şəxslərdən yalnız Yunis Səfərov bu əməli törətdiyini etiraf edir. Digərləri günahsız olduqlarını, sadəcə, Y.Səfərovu tanıdıqlarına görə həbs olduğunu bildirir. Həbs olunanlardan Cəfər Zalov və Ceyhun Qubadov oktyabrın 27-də məhkəmədə ifadələrində bu barədə danışıblar.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Budəfəki məhkəmə iclasında əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İftixar Rüstəmov şahid qismində dindirilib.
O, bu cinayət işində təqsirləndirilən şəxs qismində tanınsa da, özü həyatda olmayan Ağa Sərxaninin öldürülməsi barədə ifadə verib. O, etiraf edib ki, özü atəş açaraq, A.Sərxanini öldürüb.
İ.Rüstəmovun sözlərinə görə, iki gün A.Sərxanini axtarandan sonra onun qaldığı evi tapıblar. Həmin evə də üç nəfər gediblər. Mülki geyimdə olsalar da, üçü də silahlı gedib.
Onun sözlərinə görə, A.Sərxani polislərin gəldiyini biləndə evdə heç kimin olmadığı görüntüsünü yaratmaq istəyib, işığı, televizoru söndürüb: "Biz bunu gördük. Əvvəlcə onu çağırdıq, qapını açanda bizi söydü. "Yezidin balaları” deyib qışqırırdı. Silahla bizə iki dəfə atəş açdı...”
İ.Rüstəmovun sözlərinə görə, A.Sərxani silahlı müqavimət göstərdiyinə görə onu zərərsizləşdirmək üçün üç dəfə atəş açıb. Onu da əlavə edib ki, hadisə vaxtı evdə A.Sərxanidən başqa heç kim olmayıb.
A.Sərxaninin həyat yoldaşı Sevinc Sərxani isə şahid polisin yalan danışdığını bildirib.
Onun sözlərinə görə, həyat yoldaşının silahı olmayıb: "Siz neçə-neçə günahsız adamın üzünə durub, yalan danışanlarsız. Daha bir yalanı da burada danışmaq sizə görə heç nəyi dəyişmir. Onun silahı olmayıb. Siz onu öldürməyə getmişdiniz elə...”
Daha sonra təqsirləndirilən Cəfər Zalov və Ceyhun Qubadov ifadə verib.
C.Zalov bildirib ki, Yunisi hazırda təqsirləndirilən şəxslər arasında olan Hamlet Abdullayevin yanında görüb tanış olub.
Usta olduğunu bildirən C.Zalovun sözlərinə görə, günlərin birində şəhərdə təsadüfən qarşılaşıblar: "Yunis dedi ki, ev axtarıram, kömək eləyə bilərsən? Fikirləşdim ki, namaz qılan adamdır, həm də Hamletin tanışıdır. Dedim, eləyərəm. Firudinin evi vardı, özü həbsdə idi deyə, açar məndə idi. Bir neçə gün orada qaldı, sonra Əhmədlidə ev tapdıq, ora köçdü”.
C.Zalov həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətklarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmasından da danışıb: "On gün orada zülm elədilər. Sonradan istintaq təcridxanasına köçürülsəm də, arada yenə aparıb-gətirirdilər. Mənə orada dəhşətli işgəncə verirdilər. Əsas işgəncə verən hündür, dolu bir adam idi. Döyürdülər, bədənimə tok verirdilər. Huşumu itirirdim. Ancaq hazır ifadələri imzalamağı tələb edirdilər. Elə vəziyyətdə idim ki, deyirdim, nə varsa, verin qol çəkim. Müstəntiq Orxan Hacıyev mənə dedi ki, nəsə düşün, yazaq ki, silah sənə hardandır? Mənim qardaşım şəhid olub. Ağlıma gəldi deyim ki, onun silahı idi, Yunisə vermişəm. Yəni yazılanların hamısı uydurmadır. Vəkilim də olmayıb. Bir dəfə döyüləndə bir nəfər gəldi ki, sənin vəkilinəm, ondan sonra həmin adamı görmədim. Adını da bilmirəm”.
Digər təqsirləndirilən C.Qubadov da Yunisi uzun illərdir tanıdığını, amma onun işlərindən xəbərsiz olduğunu söyləyib. C.Qubadov da işgəncəyə məruz qaldığını məhkəmənin nəzərinə çatdırıb.
Vəkil Zibeydə Sadıqova vəsatət qaldıraraq, məhkəmənin işgəncə şikayətlərini araşdırmasını istəyib.
Hakim Əfqan Hacıyev bildirib ki, bütün təqsirləndirilən şəxslər dindiriləndən, onların hamısının şikayətləri eşidiləndən sonra məhkəmə prokurorluğa məktub göndərib, bu məsələnin araşdırılmasını tələb edəcək.
Təqsirləndirilən şəxs qismində tanınan, lakin saxlanılarkən öldürülənlərdən biri də Anar Bağırovdur. Onun bacısı Aynur Bağırova hüquqi varisi qismində məhkəmədə çıxış edərkən qardaşının təqsirsiz olduğunu bildirib: "2017-ci ildə Yunis polisin silahını götürüb qaçanda axtarışa verilmişdi. Həmin vaxt Yunisi tanıyanların hamısını tutub işgəncə vermişdilər. Mənim qardaşıma, Hamletə və başqalarına. Onda buraxılanda Anar anama dedi ki, məni bir də tutsalar, dözməyə canım yoxdur. Ona görə Elmar hadisəsindən sonra Bakıya gəldi. Fəhləlik eləyirdi. Kimsə demişdi ki, Binəqədidə iki manata gecələmək üçün yer var. Anar da onunla işləyən bir nəfərlə birlikdə gedib orada qalırdı. Gəliblər, həmin adamı çölə çıxarıblar, içəridə Anarı güllələyiblər. Birbaşa başından vurublar. Yıxılandan sonra da yerdə üç güllə vurublar. Bu, Elmara görə alınan qisas idi. Öldürəndən sonra da bizə heç nə deməyiblər. Biz də öldüyünü bilmədən Gəncədə Kəpəz Rayon Polis Şöbəsinə getmişik ki, xəbər bilək. Vüqar adlı rəis vardı, bizə çox pis davrandı, ağzına gələni danışırdı ki, cinayətkarın dalınca niyə gəlmisiz? Sonradan o adam Anarın meyitinin gətirilməsi üçün bizdən 500 manat pul istədi. Hətta atamın yanında dəfn eləməyə də icazə vermirdilər. Deyirdilər ki, bu cür tərbiyə verdiyinə görə anasını belə cəzalandırmaq lazımdır. Bizim xəbərimiz olmadan, gizlicə basdırdılar. Bu gün Azərbaycanda mənə elə bir hakim göstərin ki, bu işə ədalətli baxacaq. Elə bir hakim, məhkəmə yoxdur. Bu adamı cavan yaşında öldürdülər, cavabını kim verəcək?”
Məhkəmə prosesi oktyabrın 29-da davam edəcək.
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Məhkəmə
Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
Məhkəmə
AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
Məhkəmə
Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
Məhkəmə
Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib
-
Məhkəmə
Məhkəmə Əli Kərimlinin işgəncə şikayətini araşdırmadı
-
Manşet, Məhkəmə
Ali Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib
-
Manşet, Foto, Məhkəmə
Azərbaycanlılara işgəncə verən erməni haqda həbs qərarı verildi
-
Manşet, Məhkəmə
Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı
-
Manşet, Məhkəmə
Kamil Kamil Zeynallı həbs edildi