"Bu dövlətin büdcəsi kiminsə kolxozu və ya sovxozu deyil ki, siz onu çapıb talamaq istəyirsiniz"

Загрузка...
"Növbəti Dövlət Satınalma Tenderində qanun pozuntusunun qarşısını aldıq, tenderin nəticələri ləğv edildi!". Criminal.az xəbər verir ki, bunu iş adamı İsmayıl Ələkbərov paylaşıb.
İsmayıl Ələkbərovun paylaşdığı məlumatı olduğu kimi təqdim edirik: "Mənzil İnşaatı Dövlət Agentliyi "MİDA" MMC tərəfindən mənzillərin satışı zamanı seçimlə əlaqədar "Güzəştli mənzil" sistemində proseslərin izlənməsinə texniki dəstək xidmətlərinin satın alınması üzrə keçirilən kotirovkada "Neuron Technologies" MMC-nin iştirakına mane olundu, biz də buna susmayaraq, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik. Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində bu satınalma tenderinin qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyi müəyyən edildi və kotirovkanın nəticələri ləğv edildi.
Müvafiq məktubu da sizlərlə paylaşır, bu məsələni ictimailəşdirir və mənə olduqca çətin olan, təkbaşına qaldığım və ölkəm üçün bu vacib məsələlərdə sağlam qüvvələri mənə dəstək olmağa çağırıram". 
 
İş adamı Antiinhisar Siyasəti Dövlət Xidmətinə təşəkkürümü bildirməklə yanaşı, dövlət qurumlarında dövlətin büdcəsi hesabına keçirilən satınalmalara məsul olan Tender Komissiyalarına mesaj ünvanlayıb:
"Bu dövlətin büdcəsi kiminsə kolxozu və ya sovxozu deyil ki, siz onu çapıb talamaq istəyirsiniz. Bu büdcənin formalaşmasına biz sahibkarlar canımızla, qanımızla qazandığımız mənfəətdən vergi veririk və sizlər də təyin olunmusunuz ki, dövlətə, xalqa xidmət edəsiniz, vəzifələrinizi yerinə yetirəsiniz. Bunu artıq başa düşməlisiniz. Yox, əgər siz aylıq maaşlarınızla qane olmaq istəmirsinizsə, onda oğurluq etməyin, buyurun gəlin qoşulun bizə, sahibkar olun, bizneslə məşğul olun, pulunuzu halal qazanın, balalarınıza çörəyi dövlətimin büdcəsindən oğurlamaqla yedizdirməyin, kişi kimi halallıqla qazanın və imkan verin, oğurluq pulları yox, dövlətini sevənlər məmur işləsinlər". 

Загрузка...
Загрузка...

Xəbər lenti