Binəqədidəki qətl: istintaq kimi və nəyə görə həbsə alıb? – qatı açılmayan cinayət işi

Ötən il mayın 29-da Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 5/34, mənzil 37-də ev sahibi 1942-ci il təvəllüdlü Ələskər Müqbil oğlu Dadaşovun meyiti aşkar olunub. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin və prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu gəlib. Mərhumun meyitinin tibbi müayinəsi və mənzildəki əşyaların dağınıq olması Ə.Dadaşovun qətlə yetirilməsini ortaya qoyub. Belə aydın olub ki, mərhum qatilə qapını özü açıb və mənzilə daxil olan şəxs ona xəsarətlər yetirərək öldürüb. Sonradan evdə qiymətli əşyaları axtarıb və mənzili tərk edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, 2 qızı olan Ə.Dadaşov illərdir tək yaşayır. Övladları xaricdədirlər. Mənzilinə yaxın qohumları ara-sıra gəlirlər. Onları sorğulayan istintaqçılar iş üçün əhəmiyyət kəsb edən ipucları əldə edə bilməyblər. Bundan sonra binada yaşayan qonşuların mərhumla münasibətləri öyrənilməyə başlanıb. Diqqət psixoloji durumunda problemlər olan Səfər Əliyevin üzərində cəmləşib.
Bundan sonrakı gedişat onu deməyə əsas verir ki, istintaq bilərəkdən və ya bilməyərəkdən yanlış yola yuvarlanıb.
Məsələ burasındadır ki, mərhum Ə.Dadaşovun mənzili binanın 2-ci mərtəbəsində yerləşir. Həmin binanın 5-ci mərtəbəsində isə 3 qrup əlil olan Səfər Əliyev yaşayır. Binanın 1-ci mərtəbəsində isə "Topaz” məntəqəsi var. Hansında ki, hər gün azartlı oyunlara pul qoyuluşu olur. Belə məntəqələrdə isə uduzanlar udanlardan daha çox olması da gizli deyil.
İstintaqçıların şübhələrinin həmin məntəqədə olaydan əvvəl uduzanların üzərində deyil, 5-ci mərtəbədə yaşayan Səfər Əliyevin üzərində cəmləşməsi aydın deyil.
Onu 21 iyun 2018-ci ildə həbsə alıblar. Həmin vaxtdan 2019-cu il yanvarın 28-nə kimi həbsdə olub.
Həmin dövrdə aparılan istintaq tədbirləri nəticəsində Səfər Əliyevin törədilmiş cinayətə aidiyyəti olmadığı təsdiqlənib. Amma və lakin istintaqçılar nəyin bahasına olursa-olsun cinayətin onun törətməsini isbatlamaq cəhdləri olub.
S.Əliyev "Yeni Müsavat” əməkdaşına deyib ki, ona istintaq dövründə təzyiq göstərməklə törətmədiyi cinayəti boynuna almasını tələb ediblər: "Məni bölmədə döyürdülər, işgəncə verirdilər. Sinəmi, qoltuqlarımın altını, ayaqlarımın arasını, arxamı yandırırdılar. Dəyənəklə vururdular. Deyirdilər ki, boynuna al ki, qonşunu öldürmüsən, pul qabını, içində olan sənədləri, 500 manatı götürmüsən. Deyirdim ki, başınız xarabdır, mən bunu etməmişəm. Mənə deyirdilər ki, sən boynuna al, səni qurtaracağıq”.
S.Əliyev deyir ki, onu 3 dəfə qətl baş vermiş mənzilə aparıblar: "Hər dəfə də öyrədirdilər ki, de ki, 2 barmağımla boğazından tutmuşam, sıxmışam. Sonrada itələyib yerə yıxmışam. 1-ci dəfə məni mənzilə apardılar, dediklərini elədim. Çəkiliş qurtardı, çölə çıxanda Sahilə(vəkil- E.M.) dedim ki, olar sənin qulağına bir söz deyim. Dedi ki, de. Dedim ki, mən öldürməmişəm, Allaha and olsun ki, mən öldürməmişəm. 2-ci çəkilişdə də elə dedim. Məni 1-ci çəkilişdə də "BMW sport” markalı maşında aparmışdılar. Mənə işgəncə verən həmin maşını sürürdü. Məni "tok”a verdilər. Gözümü "skoç”la bağlamışdılar ki, görməyim, amma görürdüm. Göstərişləri verən Səlim idi. Arxamı, yarım saat bir tərəfi, yarım saat o biri tərəfi alışqanla yandırmışdı. Mənə olmazın işgəncələr vermişdilər. Məni mənzilə aparanda əllərim qandallı idi. Necə deyirdilər elə edirdim. Guya boğazından 2 barmağımla tutmuşam, sıxmışam, itələyib yerə yıxmışam. Sonra da mənzildə axtarış aparmışam.
Əlində ovuc boyda kamera vardı, çəkirdilər. Qorxa-qorxa göstərirdim. Guya boğdum öldü, sonra qaçdım. Dedi ki, əlinlə yatağın yanında "tumbuçka” var, guya açmışam, nəsə götürmüşəm. "Tumbuçka”nın üstündə "sportivnı” sumka var, guya onu eşələmişəm, nəsə götürmüşəm. Nə deyib, eləmişəm. Mənə deyirdilər ki, sən rəhmətliyi öldürəndə kameralara düşmüşən. Dedim ki, öldürmüşəmsə, sübut edin. Videonu qoydular. Məlum oldu ki, bölməyə girəndə kamera çəkib, onu göstərirlər. Dedim ki, başınız çatır, bu ki, bölməyə girəndə çəkilən videodur. Bunu dedim, əlini stolun üstünə çırpıb ana-bacı söyüşü söydü. Deyirdi ki, səni belə-belə olasan, sən öldürmüsən. Məni kameraya apardılar. Şəhər prokurorluğundan Azər müəllim, Natiq müəllim şəkillər qoydular qabağıma. Dedi ki, buranı xatırlayırsan. Baxdım dedim ki, 1-ci dəfədir görürəm. Dedim, Allahıma and olsun mənim bu işdən xəbərim yoxdur. Nə qədər elədi boynuma qoya bilmədi. Dedim ki, Natiq müəllim, vallah mənim xəbərim yoxdur. Deyirdi ki, bilirəm sən eləməmisən. O belə deyəndə Azərlə gədəbəyli hirsləndilər, dedilər ki, o adamı sən öldürmüsən, evdən əşyaları sən götürmüsən. Guya evdən bahalı qab götürmüşəm”.
S.Əliyevə bundan sonra ona vəd veriblər ki, yaxınlarına heç kim toxunmayacaq, ailəsi, övladları mühafizəçilərlə təmin ediləcək:"Dedilər ki, 1 ərizə yaz ki, əməlindən peşmansan, 2 uşağın var. Dedim ki, heç nə eləməmişəm, gədəbəyli hirsləndi. Əlini silaha atdı, qorxdum, dedim ki, nə desəniz eləyəcəyəm. Mənə yazdırdı ki, filan işi görmüşəm, pul götürmüşəm, portmanatın içində pensiya kartı, sənədlər vardı, de ki, hamısını sən götürmüsən. Burada yaz ki, əməlimdən çox peşmanam, məni 2 uşağıma görə bağışlayın. Qorxuda-qorxuda 3-4 sənədə qol çəkdilər”.
S.Əliyevin vəkili Adil İsmayılov deyir ki, müvəkkili təqsirsizdir, bunu istintaqı aparanlar da bilir. Vəkil məsələ ilə bağlı baş prokuror Zakir Qaralova da müraciət ünvanlayıb, istintaqın yol verdiyi qanunsuzluqların araşdırılmasını istəyib.
"Səfər Əliyevdə istintaqın təyin etdiyi ekspertizanın rəyinə əsasən "az ifadəli üzvi şəxsiyyət pozuntusu” formasında psixi patologiya müəyyən edilib. Buna baxmayaraq, Əliyev öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Ekspertiza yazır ki, hazırki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. İttiham olunduğu cinayəti törətmədiyini, polis bölməsində ona fiziki və psixoloji təzyiq göstərilməklə cinayəti etiraf etməsini Səfər Əliyev birinci görüşümüzdə mənə də danışıb. Bundan sonra onun danışdıqlarını yoxlamaq üçün müstəntiqdən tanış olmaq hüququm olan sənədlərin mənə təqdim edilməsini dəfələrlə xahiş etsəm də, Mobil Şəfiyev müxtəlif bəhanələrlə sənədləri mənə təqdim etmədi. Hadisələrin sonrakı gedişi bunun təsadüfi olmadığını göstərdiyindən 30 noyabr 2018-ci ildə rayon prokuroruna müraciət etdim. Sonradan Mobil Şəfiyev başqa işə keçməsi ilə əlaqədar cinayət işi onun icraatından götürülüb başqa müstəntiqə verildi. Sonradan tanış ola bildiyim sənədlərdən məlum oldu ki, cinayət işi 29 may 2018-ci ildə CM-nin 120.1-ci maddəsi ilə başlanıb. 22 iyun 2018-ci il tarixdə prokurorun köməkçisi Mobil Şəfiyev Səfər Əliyevin şübhəli şəxs qismində tutulması barədə qərar verir və protokol tərtib edir. Qərarda göstərilir ki, Səfər Əliyev səmimi olaraq etiraf edib ki, Ələskər Dadaşovu qətlə yetirib. Onun Ələskərlə qonşu kimi münasibətləri olub. Əvvəllər bir neçə dəfə onun mənzilinin eyvanından paltarları külək nəticəsində Ələskərin eyvanına düşdüyündən o, həmin paltarları götürmək üçün sonuncunun qapısını döyüb və Ələskər qapını açaraq onun paltarlarını verib. Ona görə də Ələskər onu tanımış və evə buraxmışdır.
Belə ki, 27.05.2018-ci il tarixdə saat 22 radələrində Ələskərin qapısını döyərək corabının düşməsini bəhanə edib içəriyə daxil olmuş və qonaq otağında Ələskərlə söhbət edərək ondan pul istəmək mənasında "nəyin var, nəyin yox” dedikdə aralarında yaranmış mübahisə nəticəsində Ələskərin boğaz nahiyəsindən sağ əlinin barmaqları ilə tutaraq sıxmış, sonuncu yerə yıxıldıqda isə yataq otağına keçərək orada olan paltar şkafında pul axtarmış, lakin tapa bilməyib evi tərk etmişdir. Lakin ilkin toplanmış sübutlarla istintaqın hazırki mərhələsində şübhəli şəxs Səfər Əliyevi təqsirləndirilən qismində cəlb edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilmədiyi üçün iki gün sonra 24 iyun 2018-ci ildə Mobil Şəfiyev Səfər Əliyevin azad edilməsi barədə qərar verib. Amma görünür ki, Mobil Şəfiyevin Səfər Əliyevi azad etmək fikri olmayıb, bu qərardan sonra baş verənlər isə prokurorluq adına və qanunçuluğa ləkədir. Çünki Səfər Əliyevi 25 iyunda məhkəməyə aparıb məhkəmə qərarı ilə 10 sutka inzibati həbs ediblər”.
Adil İsmayılov deyir ki, istintaq Səfər Əliyevin qonşusu Ələskər Dadaşovu öldürməsini sübut edən məqam kimi onunla atası Sabir Əliyev arasında olan telefon danışıqlarının qeydiyyatı listəsinə əsaslanır:
"Deyirdilər ki, Səfər Əliyev Ələskər Dadaşovu öldürəndən sonra atası Sabir Əliyevlə telefonla danışıb, gedib onunla gecəyarısı iş yerində görüşüb və qonşunu öldürdüyünü deyib. İşin içində bir "raspeçatka” vardı, hansı ki, nə "Bakcell”, nə də ki, "Azercell”dən alınmamışdı. Təkidimizdən sonra Binəqədi prokurorluğu mobil operatorlardan Səfər Əliyevlə atasının telefon danışıqlarının çıxarışını aldı. Məlum oldu ki, onların arasında istintaqın qeyd etdiyi danışıq ümumiyyətlə olmayıb. Bundan sonra dedilər ki, guya sənədlərdə gecə ilə gündüz danışıqları səhv düşüb, Səfər Əliyev atası ilə gündüz danışıb, lakin səhvə görə istintaqçılar həmin səhvi gecəyarısı kimi qəbul ediblər. Yəni bu sübutun da heç bir əsası olmadığı, əslində saxta olması üzə çıxdı.
Səfər Əliyevə 30 iyun 2018-ci il tarixdə ittiham elan edilməsinə və onun bundan əvvəl 21 iyun 2018-ci il tarixdə şübhəli şəxs kimi tutulmasına baxmayaraq barəsində qətimkan tədbiri seçilməsinə dair vəsatət qanunsuz olaraq 4 iyulda verilib. Vəsatətə baxan hakim Rəşad Əliyev də haqlı olaraq Səfər Əliyevin adam öldürməsinə dair əsaslı şübhələr yaranıb, məhz bu səbəbdən vəsatət qismən təmin edilib, həbsdə saxlama müddəti bir ay həddində müəyyən olunub.
Məhkəmə qərarında göstərilir ki, "təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilmədiyini, əməlində cinayət tərkibi olmadığını, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis Bölməsinin əməkdaşları tərəfindən işgəncə və təzyiqə məruz qaldığından cinayət əməlini törətdiyini istintaqda etiraf etdiyini nəzərə alaraq, barəsində həbs-qətimkan tədbiri seçilməsinə dair vəsatətin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi”. Hakim qərarda yazır: "Məhkəmə iclasında təqsirləndirilən şəxs Səfər Əliyev şübhəli şəxs qismində saxlanılarkən Binəqədi rayon Polis İdarəsinin 5-ci polis Bölməsinin əməkdaşları Müvəqqəti Saxlama Yerində ona qarşı ləyaqəti alçaldan, qeyri-insani rəftar edib, habelə ona işgəncə verilib. Hesab edirəm ki, təqsirləndirilən şəxs tərəfindən ona qarşı polis əməkdaşlarının qanunsuz hərəkətlər etməsinə dair verdiyi məlumatlar araşdırma aparılması üçün aidiyyəti üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir”.
Vəkil deyir ki, aradan 5 aydan çox vaxt keçməsinə baxmayaraq bu yoxlamanın nə ilə nəticələnməsi barədə nə təqsirləndirilən şəxsə, nə də ona heç bir məlumat verilməyib. A.İsmayılov deyir ki, 7 aylıq istintaqdan sonra məhkəmə belə qərar gəlib ki, prokurorluğun S.Əliyev haqda istintaq müddətinin artırılması haqda vəsatəti əsassızdır: "2019-cu il yanvarın 28-də Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayev Səfər Əliyevi azad edib. Buna baxmayaraq, prokurorluq tərəfindən Səfər Əliyevin barəsində həbs- qətimkan tədbirinin seçilməsi üçün yenə də addımlar atılır”.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
Digər xəbərlər
-
Manşet, Foto, Cinayət, Dosye
Kiprə göndərilən azərbaycanlı killerin işi: daha bir silah tapıldı - “BU CİDDİ HADİSƏDİR, SÜBUTLAR TOPLANIB, BİZ SONA YAXINLAŞIRIQ...”
-
Manşet, Foto, Cinayət, Dosye
MTN generalı Şıxəliyev: Mahmudova “şef”, Allaha “sən” deyirdi... - 14 MİLYON MANAT RÜŞVƏT ALIB, 5 MİLYONLUQ ƏMLAKI QƏSB EDİB
-
Manşet, Foto, Cinayət, Dosye
General Rövşən Əkbərovu bu cinayət işinə görə tutdular: 20 il sonra təcəlli edən ədalət...
-
Manşet, Foto, Cinayət, Dosye
"Zakir Qaralovun əlinə Nicat Quliyev və Pərviz Həşimlinin işlərini MTN-in üzərinə atmaq üçün əla fürsət düşmüşdü..." - Vasif Talıbovun nazir xalası oğlunun CİNAYƏT DOSYESİ
-
Manşet, Foto, Cinayət, Dosye
Vasif Talıbovun xalası oğlunun MTN maskalıları tərəfindən həbsi - SABİQ NAZİRİN CİNAYƏT DOSYESİ
-
Manşet, Foto, Cinayət, Dosye
Polisin gözündən güllələdiyi gəncin ölümünü iki general araşdırır
-
Manşet, Foto, Cinayət, Dosye
Araz Sofiyevi gecə evində öldürüb arvadını yaralayanlar kimlərdir?! - ANASI QONŞU OTAQDA YATIBMIŞ…
-
Manşet, Foto, Cinayət, Dosye
Binəqədidəki qətl: istintaq kimi və nəyə görə həbsə alıb? – qatı açılmayan cinayət işi