Bayram Nurlunun ailə üzvləri göbələkdən zəhərləndi - Bacısı oğlu da öldü Bayram Nurlunun ailə üzvləri göbələkdən zəhərləndi - Bacısı oğlu da öldü

Bayram Nurlunun ailə üzvləri göbələkdən zəhərləndi - Bacısı oğlu da öldü
Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib. "Qafqazinfo”nun məlumatına görə, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunun qohumlarıdır.
Xəstəxanaya yerləşdirilən 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu Bayram Nurlunun yeznəsinin qardaşıdır. Zəhərlənmədən dünyasını dəyişən 2009-cu il təvəllüdlü Qasımlı Murad isə Mübarizin oğludur.
Xəstəxanaya yerləşdirilən 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu isə Bayram Nurlunun bacısı oğludur. Əldə etdiyimiz məlumata görə, 9 yaşlı uşağın da həyatını xilas etmək mümkün olmayıb və o, gecə saatlarında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. 

Xəbər lenti