Baş Prokurorluq: "Oğuz-Qəbələ-Bakı su kəməri hədəfə alınıb, yaralanan var" Baş Prokurorluq:

Baş Prokurorluq:
Oktyabrın Ermənistan silahlı birləşmələri 22-də səhər saatlarından başlayaraq Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına "Skad” ballistik taktiki raketlər atıb.  Azərbaycan Baş Prokurorluğu bildirib ki, raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bundan başqa, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib. Baş Prokurorluq bildirib ki, Ermənistan silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkə üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb, lakin Azərbaycan Ordusunun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.

Xəbər lenti