Baş Prokurorluq: "Azərbaycanın mülki itkilərinin sayı 94-ə çatıb"

Baş Prokurorluq:
"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlər nəticəsində mülki itkilərinin sayı 94-ə çatıb", Baş Prokurorluq mülki itkilərlə bağlı noyabrın 16-na olan statistikanı açıqlayıb.
Qurum bildirib ki, "indiyədək xəsarət almış mülki şəxslərin sayı 414-dür". "İndiyədək 112 çoxmənzilli yaşayış binası, 3410 ev və 512 mülki obyekt yararsız vəziyyətə düşüb," Baş Prokurorluğun məlumatında deyilir.
Azərbaycan və Ermənistan arasında döyüşlər sentyabrın 27-dən noyabrın 10-dək davam edib. Ermənistan tərəfi döyüşlərdə 1380-dən çox şəxsin həlak olduğunu bildirib. Azərbaycan tərəfi hələ hərbi itkilərinin sayını açıqlamayıb.

Xəbər lenti