Bakıdan Astaraya valideynlərini görməyə getdi - Qəzada öldü Bakıdan Astaraya valideynlərini görməyə getdi - Qəzada öldü

Bakıdan Astaraya valideynlərini görməyə getdi - Qəzada öldü
Загрузка...
 Birinci kurs tələbəsi qəzada həyatını itirib. "Qafqazinfo” xəbər verir ki, hadisə Astara rayonunun Şüvi kəndində baş verib. Həftəsonu rayona gedən Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Qadir Baxşiyev dostu, 11-ci sinif şagirdi Şəhriyar Əsgərovun idarə etdiyi "VAZ 21011” markalı avtomobillə qəzaya düşüb.
Belə ki, 17 yaşlı Ş. Əsgərovun maşını yük avtomobili ilə toqquşub. Nəticədə evin tək oğlu olan Q. Baxşiyev hadisə yerində həyatını itirib, sürücü isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır. 


Загрузка...
Загрузка...

Xəbər lenti