Bakıda süpürgəçi qadını avtomobil vurub

Bakıda süpürgəçi qadını avtomobil vurub
Həcər İsmayılovanın xəstəxanaya yerləşdirildiyi bildirilir
Yanvarın 18-də paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Füzuli küçəsi 53 ünvanında minik avtomobili 1964-cü il təvəllüdlü Həcər İsmayılovanı yol süpürərkən vurub. Həcər İsmayılovaya döş qəfəsi, qarnının küt travması və diz qapağının sınığı diaqnozu qoyulduğu bildirilir. APA-nin məlumatına görə, Nəsimi Rayon Mənzil Kommunal Təsərüffat Birliyinin əməkdaşı olan Həcər İsmayılov xəstəxanaya yerləşdirilib.
Azərbaycanda hər il oxşar qəzalar baş verir. Ən çox ölüm halları 2018-ci ildə qeydə alınıb. Göstərilən il 9 süpürgəçi qadını maşın vuraraq öldürüb.

Xəbər lenti