Azərbaycanlı killer Kiprə Fəxrizadənin qisasını almaq üçün gedibmiş - İSRAİL MÜDAFİƏ NAZİRİ ONUN İRAN KƏŞFİYYATI TƏRƏFİNDƏN GÖNDƏRİLDİYİNİ AÇIQLADI

05 Oktyabr 2021, 12:31
05 Oktyabr
2021
12:31
1924
Bir neçə gün əvvəl Kiprdə tutulan, Rusiya pasportu daşıyan azərbaycanlı killerlə bağlı yeni sensasion məqamlar açıqlanıb. virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu ölkənin hökuməti və müdafiə naziri killerin İran xüsusi xidmət orqanlarının tapşırığı ilə Kiprdə nüfuzlu israilliləri öldürmək üçün getdiyini rəsmən açıqlayıblar.
Ötən gün İsrail KİV-ləri killerin hədəfində qalmaqallı milyarder, qumar oyunlarının proqram təminatını hazırlayan şirkətin rəhbəri, Kiprdə və Londonda mənzillənmiş Tedi Saqini onun rusiyalı ortağının sifarişi ilə öldürmək üçün getdiyini yazmışdı. Amma Tedi Saqinin şirkəti bildirmişdi ki, bu məlumat düzgün deyil və killerin hədəfi təkcə milyarder olmayıb, o cümlədən söhbət kriminal hesablaşmadan getmir.

Milyarder Tedi Saqi
"The Times of İsrael” qəzeti bu gün oktyabrın 5-də yazır ki, killer özü də dindirmə zamanı İran xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirdiyini təsdiqləyib. Bildirilir ki, killer Kiprdə bir neçə israilli biznesmenin, o cümlədən Tedi Saqinin ofisinin yerləşdiyi ofis mərkəzinin qarşısında dəfələrlə müşahidə aparıb. Onun görüntüləri binanın videomüşahidə kameraları tərəfindən qeydə alınıb.
İsrailin "Kanal 12” televiziyası isə bildirir ki, muzdlu qatil Rusiyadan təyyarə ilə Larnaka aeroportuna gəlib və daha sonra Kipr adasının türk hissəsinə keçib. Orada kirayə mənzil götürüb və iki avtomobil kirayələyib. Daha sonra Larnakaya qayıdaraq Anqumi işgüzar rayonunda israilli biznesmenlərin ofislərini axtarıb. O, dəfələrlə adanın yunan və türk hissəsi arasında velosipedlə gedib-gəlib. Killerin ofis mərkəzinin qarşısında videomüşahidə kameraları tərəfindən çəkilmiş görüntüləri sonradan onun yaxalanmasına imkan verib.

Möhsen Fəxrizadəyə sui-qəsd
İsrail mənbələri onu da bildirir ki, killerin Kiprdə israilli biznesmenləri öldürmək planı ötən il Tehran yaxınlığında İranın nüfuzlu nüvə alimi Möhsen Fəxrizadənin öldürülməsinə cavab olub. Həmin qəsdi "Mossad” peykdən idarə olunan robot-pulemyotla həyata keçirib. İsrailin İctimai Yayım Korporasiyası isə bildirir ki, killerin Kiprdə öldürməyi planlaşdırdığı israillilərin necə hədəf seçildiyi məlum deyil. Onları sadəcə israilli olduqları üçün, yoxsa İsrailin xüsusi xidmət orqanları ilə bağlılıqlarına görə seçdikləri haqda məlumat yoxdur.
Korporasiya habelə bildirir ki, İsrailin dəyərləndirmələrinə görə, Tehran habelə Azərbaycanın paytaxtı Bakıda İsrail diplomatının avtomobilinə, o cümlədən İsrailin Dehlidəki səfirliyinə də hücuma cəhd edib. Bu cəhdlərin nə zaman baş verdiyi göstərilmir.
Ötən gün Knessetdə çıxış edən müdafiə naziri Benni Gantz təsdiq edib ki, Kiprdə milyarder Tedi Saqiyə planlaşdırılmış hücum İran terroru ilə bağlıdır.

"Bu günlərdə məlum olduğu kimi, Kiprdə İsrail obyektlərinə İranın terror hücumunun qarşısı alınıb”,-müdafiə naziri parlamentdəki çıxışında deyib. "İran qlobal və regional təhdid, habelə İsrail üçün çağırış olaraq qalmaqda davam edir, biz vətəndaşlarımızı və İsrail dövlətini istənilən təhdiddən qorumaq üçün fəaliyyətimizi davam etdirəcəyik”,-Benni Gantz əlavə edib.
Milyarder Tedi Saqi isə ötən gün bildirib ki, onun sui-qəsddən son anda xilas olduğu və tələsik Kipri tərk etdiyi haqda məlumatlar doğru deyil. "Mən Kipri tərk etmək üçün heç bir xəbərdarlıq almamışam”,-o bildirib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Dosye
Milyarderi öldürməyə göndərilən killer Orxan Əsədova silah verən Tural Əliyev tutuldu
-
Manşet, Foto, Dosye
Azərbaycanlı killer Kiprə Fəxrizadənin qisasını almaq üçün gedibmiş - İSRAİL MÜDAFİƏ NAZİRİ ONUN İRAN KƏŞFİYYATI TƏRƏFİNDƏN GÖNDƏRİLDİYİNİ AÇIQLADI
-
Manşet, Foto, Dosye
Rövşən Əkbərovun oğlunun obyektində fəhlə kimi işlədilən əsgər necə ölüb?
-
Manşet, Foto, Dosye
Səid Dadaşbəyli Eldar Mahmudovun dəstəsini Avropa Məhkəməsindən sənəd oğurluğunda ittiham edir – Sensasion iddialar
-
Manşet, Foto, Dosye
Səid Dadaşbəyli Eldar Mahmudov və komandasının cinayətlərindən danışdı, həbsinin əsl səbəbini açıqladı
-
Manşet, Foto, Dosye
Rövnəq Abdullayevin dayısı oğılunun İstanbulda faciəli ölümünün təfərrüatları
-
Manşet, Foto, Dosye
Milyardlarla dolları Avropada "yuyan" Zaur Balayev istintaqa kələk gəlmək istədi - "RÖVŞƏN LƏNKƏRANSKİNİ ŞƏXSƏN TANIDIĞINI, QƏTLLƏR HAQDA BİLDİYİNİ DEYİRMİŞ...
-
Manşet, Foto, Dosye
İzlənildiyi ilə bağlı Əbiyevlə Mahmudova raport verən generalın qətlindən 12 il ötdü
-
Manşet, Foto, Dosye
Akif Çovdarovun vəkilindən sensasion müsahibə - “Tağı Əhmədovu onun üzünə durmağa məcbur etmişdilər”