Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur

Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
Çərşənbə axşamı günü Azərbaycan Qarabağ müharibəsindən sonra nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verib, erməni mətbuatı yazır. Bakı axtarışların keçirilməsini iki həftə əvvəl dayandırmışdı.
 Erməni saytları yazır ki, hazırda axtarışlar Hadrutda və "Kaşadağ rayonunun" (seperatçı Dağlıq Qarabağ Respublikasının Laçın, Zəngilan və Qubadlının bir hissəsinin birləşməsindən yaratdığı inzibati ərazini belə adlandırmışdı) cənub istiqamətində aparılır. Axtarışlar nəticəsində 13 noyabrdan etibarən, 1486 nəfərin meyitinin tapıldığı bildirilir. Azərbaycan tərəfi bu barədə hər hansı rəsmi açıqlama verməyib.
BBC News Azərbaycancanın Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Xəbər lenti