Azərbaycanda məktəbli koronavirusdan ölüb

Azərbaycanda məktəbli koronavirusdan ölüb
Uşaqda ürək tənəffüs çatışmazlığı əlamətləri olduğu bildirilir
Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib. Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib. Şagird əvvəlcə Sumqayıtda, sonra Bakıdakı 7 saylı infeksion xəstəlikləri xəstəxanasına yerləşdirilib. Gətirilərkən uşağın vəziyyəti ağır olub. O, xəstəxanada vəfat edib.
Xəstəxanadan Meydan TV-yə verilən məlumata görə, uşaqda ürək tənəffüs çatışmazlığı əlamətləri olub, saturasiyası 42-48-ə düşüb. Rəsmi məlumata görə, bu, Azərbaycanda koronavirusdan ölən ilk uşaq faktıdır.

Xəbər lenti