Azərbaycanda işləyən türk: "Haqsızlıqlarla barışmıram, 17 min avro pulumu tələb edirəm"

04 İyun 2019, 18:39
04 İyun
2019
18:39
2758
Türkiyə vətəndaşı Sumqayıtdakı "Üstay” şirkətini 17 min avro maaşını mənimsəməkdə ittiham edir
Türkiyə vətəndaşı, Hatay vilayətinin İskəndərun ilçəsinin sakini, Azərbaycanda Türkiyə şirkətində çalışmış Mehmet Çalışır öz soydaşları tərəfindən haqqının tapdandığını deyir. Criminal.az saytına şikayət edən Mehmet Çalışır Sumqayıtda fəaliyyət göstərən, 1 ilə yaxın işlədiyi "Üstay” şirkətindən şikayətçidir. Belə ki, Mehmet Çalışır türk şirkəti olan "Üstay” rəhbər işçiləri tərəfindən əmək hüquqlarının tapdalanmasını və onlar tərəfindən ona çatacaq əməkhaqqının mənimsənilməsini bildirir.
12 ildir Azərbaycanda yaşayan Mehmet Çalışır azərbaycanlı xanımla evlidir və 3 qız övladı var. Hal-hazırda Kotec qəsəbəsində kirayədə yaşayır, işsizdir.
Mehmet Çalışırın dediyinə görə, onu «Üstay Yapı Taahhüt və Ticarət Anonim» şirkətinin Sumqayıt şəhərində fəaliyyət göstərən şirkətinə işə Şevqet Yıldız adlı soydaşı dəvət edib.
Qeyd edək ki, "Üstay” şirkəti , Technip FMC tərəfindən götürülən, "Azərikimya” İB-nin Etilen-polietilen zavodu üçün "EP-300” layihəsi çərçivəsində görüləcək tikinti işlərinin tenderini qazanıb və "SOCAR Polymer” in müxtəlif sifarişlərini müqavilə əsasında yerinə yetirib, o cümlədən boru xətti çəkmək və onları boyamaq işlərini həyata keçirib.
Bu layihənin rəhbəri isə Musa Kırıcı olub.
"Məni «Üstay”ya dəvət edəndə vəd verdi ki, ”sən minimum 1500-2000 manat arası maaş alacaqsan",- Mehmet Çalışır deyir. Amma sonradan ona aydın olub ki, onu aldadıblar. Belə ki, realda ona ilk vaxtlar 700, son iki ayda isə cəmi 800 manat maaş verilib ki, onun da 500 manatı Paşa Bank-ın kartına oturdulub, 300 manatı isə ələ verilib:

"Mənim həyat yoldaşım ağır şəkər xəstəsi olduğundan (hər gün insulin vurur) üstəlik bir böyrəyi "otkaz” etdiyindən , mənə verilən maaş onun müalicəsinə çəkilən və ailənin xərclərini ödəməyə çatmırdı. Halbuki Tükiyə qanunları ilə mən işçi kimi "vizion” qrupunda olduğumdan 1600 avrodan aşağı maaş ala bilməzdim. Yəni «Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar,mənə qarşı qeyri-insani və qanunsuz davranıblar.
Bununla onlar Azərbaycanda olan Əmək Məcəlləsinin də qanunlarını kobud şəkildə pozublar. Mənim kimi "Üstay” Azərbaycan vətəndaşı olan xanımlarla evli olan 6 türk vətəndaşı da var idi ki, onlara məndən fərqli olaraq yüksək maaş veriblər. Burada eyni işdə işləyən azərbaycanlı işçilər, qaynaqçılar, boyaçılar saatı 7 manata işlədikləri halda, mənə onlardan da az əmək haqqı veriblər. Üstəlik məni stabil saat hesablı maaşla ilə işlətdikləri halda iş saatından əlavə işlədiyimiz saatlara görə mənə əlavə pul yazılmayıb.Halbuki əlavə iş saatlarına görə mənə stabil maaşdan-800 manatdan əlavə 500 manat pul verilməli idi. Mən artıq 6 saat iş saatımdan sonra əlavə işləyirdim. Buna görə mənə 1 qəpik də pul yazmırdılar. Halbuki idarə rəhbərini əlinin altında 6 nəfər saat hesabı əmək haqqı ilə işləyən işçilər olurdu.Üstəlik mənim kimi işçilərin əksəriyyəti qanunsuz olaraq əmək müqaviləsiz işlədilib".

"Ümumiyyətlə "Üstay”ın burada çalışan işçilərinin əmək hüquqları tez-tez pozulub. Məsələn, "Üstay” da işləyən soydaşlarımdan birinin iş qəzası nəticəsində ayağı qırıldı amma onun maaşını,təzminatını vermədilər. Baxmayaraq ki,o əmək müfəttişliyinə şikayət etdi.
Əksəriyyət "Üstay” da mənim kimi müqaviləsiz işləyib və təbii ki, mənim kimi çoxlarının sosial sığorta kartı olmayıb. Mən may ayında "Üstay”da işə düzəldim,bu ilin aprelində isə mənə əvvəlkindən də cüzi maaş vermək istədiklərinə görə oradan çıxmaq məcburiyyətində qaldım. Mən "Üstay”ın idarə rəhbərinə, Şevqet Yıldıza işə düzələrkən qabaqcadan demişdim ki, mənim həyat yoldaşım ağır şəkər xəstəsidir və ona hər gün insulin vurulması və ona qulluq etmək üşün mənim işdə gec qalmamağım lazımdır.

Şevqet Yıldız dedi ki,sonra qaydasına düşəcək.
Bu minvalla məni 1 ilə yaxın başımı aldatdılar ki,bəs bu ay düzələcək,gələn aydan düzələcək... Mənim pula ehtiyacım olmağımdan süni surətdə istifadə etdilər.
Mən boru boyaçısı kimi işə qəbul olunmalı idim,amma sonradan mənə dedilər soyunub-geyinmə yerində nəzarətçi olacaqsan və mən 11 ay «Üstay”ın 700 işçisi olan yerdə nəzatərçi vəzifəsində işlədim. «Üstay”ın Sumqayıtdakı şirkətindəki idarə rəhbəri İsmayıl Akay bir gün məmə dedi ki,sən açarları qarışdırmısan və məni haqsız yerə ittiham etdi,məni işdən çıxartmaqla hədələdi.Mən ona bildirdim ki, mən işçilərin şkaflarına nəzarət edirəm,açarlar,kompyuter sistemi də sənin nəzarətindədir”
. Onlar məni işin öhdəsindən gəlməməkdə ittiham edə bilməzdi,çünki işimi şox məsuliyyətlə yerinə yetirirdim. 2018-ci ildə hətta özləri təhlükəsiz və alqışa layiq iş bacarığına görə məni təşəkkürnamə ilə də təltif ediblər.Nədən mən birdən-birə pis oldum?!
Bu cavabdan sonra İsmayıl Akay məni ağır ifadələrlə təhqir etməyə başladı.Bu adamdan ümumiyyətlə «Üstay”da xoşu gələn insan yoxdur. Bundan başqa o məni çox zaman mənə aid olmayan işləri gördüməyə çalışırdı . Halbuki layihə rəhbərinin əmrinə görə mən , kamera ilə təchiz olunmayan soyunub-geyinmə otağını iş zamanı tərk edib nəzarətsiz qoya bilməzdim.Çünki 700-800 nəfərin əşyalarına mən nəzarət edirdim ki,oğurluq-filan olmasın. İsmayıl Akay və idarə işləri köməkçisi öz vəzifələrindən süni surətdə istifadə edirdilər,səlahiyyətlərini mənə də, digərlərinə qarşı aşırdılar,məni gözüm çıxdıya salırdılar. Maaşımın həddən artıq az verilməsi ilə bağlı Əmək Müfəttişliyinə şikayətdən sonra sonra məni Hakan adlı adamları ilə 6 ay işlədiyim "SOCAR-Polymer”dən başqa yerə ,özlərinin təbiri ilə desək cəhənnəmə-Yaşıldərə adlanan ərazidəki Qubadlı icra hakimiyyətinə aid zavodda işləməyə cəza kimi göndərdilər. 100 nəfərin işlədiyi bu zavodda iş şəraiti daha pis idi,amma mən eyni maaşı alırdım. 5 ay da orada nəzarətşi kimi işlədim.
Yaşıldərədə iş qurtarandan sonra layihə rəhbərinin yardımçısı,ikinci adam olan Nurdoğan bəy mənə dedi ki,sənin maaşını 475 manata salırıq.Mən isə ondan sordum ki,bizim qanımız türk,çanızım türk ola-ola nədən mənə bu qədər az maaşı rəva görürsüz.Axi mənin ağır xəstə olan həyat yoldaşım,məktəbə gedən 3 azyaşlı övladım var. Mən bu pulla kirayədə qala-qala necə dolana bilərəm?!Bu qədər insafsızlıq,haqsızlıqmı olar?!Bütün dünyada maaşlar qalxması müşahidə olunduğu halda mən maaşın azalmasını yalnız «Üstay”da gördüm. 475 manatla ailəmi dolandırım,kirayə pulunu verimmi,yoxa dərman alım?!Onlar bilə-bilə ki mənim maddi vəziyyətim çox pisdir,sıxıntım var,evdə xəstəm,3 uşağım var maaşımı azaltdılar.
Mənim suallarıma onların veriləsi cavabı yoxdur.
Mən 475 manat maaşla təbii ki,razı olmadım və işdən çıxdım.Amma mən haqqımı tələb edirəm.Mən bununla əlaqədar «Üstay”ın Sumqayıtdakı layihə rəhbəri Musa Kırıcıya,Türkiyənin Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət etmişəm.Türkiyə səfirliyindən mənə bildirdilər ki,onlar müdaxilə edə bilməzlər və mən yerli məhkəməyə müraciət edə bilərəm. Amma 800 manat maaş alan və bu qədər sıxıntısı olan böyük bir şirkəti məhkəməyə verib udmaq halındadırmı?!Əmək Müfəttişliyində mənin şikayətimin haqlı olmasını təsdiqlədilər və soruşdular ki,niyə ən azı 1600 -1800 avro maaş almalı olduğum halda mənə 700-800 manat maaş veriblər?!Amma orada da bildirdilər ki,biz heç nə edə bilmərik,müdaxilə edə bilmərik.Mənə qarşı edilən bu haqsızlıqlarla mən barışmıram şirkətindən mənim haqqımı –mənə verilməyən 17 min avromu tələb edirəm. Onlar mənim haqqımı mənimsəyiblər.Türkiyə və Azərbaycan dövlətindən xahiş edirəm mənim haqlarımın təmin edilməsində yardımçı olsunlar”.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Sənəd, Foto, Video, Cəmiyyət
Bərdədə transformator üsyanı – Baba Rzayevə kritik məktub
-
Sənəd, Foto, Video, Cəmiyyət
Azərbaycanda işləyən türk: "Haqsızlıqlarla barışmıram, 17 min avro pulumu tələb edirəm"
-
Sənəd, Foto, Video, Cəmiyyət
"Deyirlər ki, 1-ci qrup əili olduğuna görə işlə təmin oluna bilməzsən"