Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb

17 Fevral 2021, 23:15
17 Fevral
2021
23:15
152
Bakıda müxtəlif dükanlarda qiymətlərinə baxdığımız Nömrə 1 və Çörəkçi markalı çörəklərin qiymətində 10 qəpiyə kimi bahalaşma olub.
Bunun səbəbi nədir? - bu suala cavab almaq üçün adıçəkilən markalı çörəklərin istehsalçıları ilə əlaqə saxlamaq mümkün olmayıb. Danışdığımız bir çörək satıcısı isə bizə deyib ki, səbəb unun qiymətinin qalxmasıdır. Onun sözlərinə görə, bəzi çörəklər 5, bəziləri isə 10 qəpik bahalaşıb.
Bir Bakı sakini də BBC-ə deyib ki, hər gün 50 qəpiyə aldığı Binə zavod çörəyi kimi tanınan çörəyi bu gün 60 qəpiyə alıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BBC News Azərbaycancaya deyib ki, rəhbəri olduğu quruma hər gün ölkənin müxtəlif yerlərindən çörəyin bahalaşması və keyfiyyətinin pisləşməsi ilə bağlı müraciətlər daxil olur.
Eyyub Hüseynov bildirib ki, indiki şəraitdə digər çörək növlərinin və markalarının qiymətlərinin də qalxması və yaxud ən pis halda, çörəyin çəkisinin istehsalçılar tərəfindən azaldılması və keyfiyyətin pisləşməsi gözlənilir.
"Şübhə yoxdur ki, ölkədə bahalaşma prosesi gedir və ölkədə bahalaşan qiymət bir daha enmir. Enerji resurslarının bahalaşmasının çörəyə əlbəttə təsiri var. Lakin onu mən deyim ki, çörək biznesi ilə məşğul adamlar bir qırmızı xəttin sərhəddindədirlər. Çünki dünya bazarında buğdanın, unun qiyməti qalxır, Azərbaycanda isə onu süni saxlamaq istəyirlər. Burada dünya bazarındakı bahalaşmanın da rolu var", - Eyyub Hüseynov deyib.
Cənab Hüseynov bildirib ki, Azərbaycan hələ dünya bazarına tam inteqrasiya olunmayıb və ölkədə bu sahədə inhisarçılıq mövcuddur.
O deyib ki, əslində azad bazar şəraitində çörək istehsalçıları çörəyi istənilən qiymətə sata bilər və istehlakçının seçim hüquq var.
Eyyub Hüseynov deyib ki, hökümətin çörəyin qiymətini sabit saxlamaq siyasəti doğru yanaşma deyil.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlакçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən BBC News Azərbaycancancaya bildirlibib ki, onların apardığı monitorinqin nəticələrinə görə, hazırda əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməyib.
Qurum deyir ki, qanuna zidd halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır.
Azərbaycanda Tarif Şurasının bu ilin yanvarın 5-də gecə yarısı verilmiş qərarı ilə 92 markalı benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.
Bundan başqa eyni qrumun yanvarın 31-də verdiyi qərarı ilə əhali üçün bir kubmetr su təchizatının və tullantı sularının axıdılması xidmətinin tarifi 100 faiz bahalaşıb.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Video, Cəmiyyət
Ramiz Mehdiyev qurultaydan danışdı
-
Video, Cəmiyyət
Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
Video, Cəmiyyət
Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
Video, Cəmiyyət
Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
Video, Cəmiyyət
Bərbərxanada qadını itələyən polislə bağlı qərar verildi
-
Video, Cəmiyyət
Prezident və xanımı Laçında
-
Foto, Video, Cəmiyyət
Su pulu artdı: "Bir əhalidən soruşun ki, sənin bunu ödəməyə gücün çatır?"
-
Manşet, Video, Cəmiyyət
“Gedin oturun yerinizdə” - Prezidentdən məmurlara
-
Video, Cəmiyyət
Zeynallıdan sensasion iddia: "Polislər dedi ki, Kəlbəcərə hərbiçilərlə qalxdığını desən onları işdən çıxararlar, demək lazımdır ki..."