Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb

Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
 Bakıda müxtəlif dükanlarda qiymətlərinə baxdığımız Nömrə 1 və Çörəkçi markalı çörəklərin qiymətində 10 qəpiyə kimi bahalaşma olub. Bunun səbəbi nədir? - bu suala cavab almaq üçün adıçəkilən markalı çörəklərin istehsalçıları ilə əlaqə saxlamaq mümkün olmayıb. Danışdığımız bir çörək satıcısı isə bizə deyib ki, səbəb unun qiymətinin qalxmasıdır. Onun sözlərinə görə, bəzi çörəklər 5, bəziləri isə 10 qəpik bahalaşıb.
Bir Bakı sakini də BBC-ə deyib ki, hər gün 50 qəpiyə aldığı Binə zavod çörəyi kimi tanınan çörəyi bu gün 60 qəpiyə alıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BBC News Azərbaycancaya deyib ki, rəhbəri olduğu quruma hər gün ölkənin müxtəlif yerlərindən çörəyin bahalaşması və keyfiyyətinin pisləşməsi ilə bağlı müraciətlər daxil olur. Eyyub Hüseynov bildirib ki, indiki şəraitdə digər çörək növlərinin və markalarının qiymətlərinin də qalxması və yaxud ən pis halda, çörəyin çəkisinin istehsalçılar tərəfindən azaldılması və keyfiyyətin pisləşməsi gözlənilir.
"Şübhə yoxdur ki, ölkədə bahalaşma prosesi gedir və ölkədə bahalaşan qiymət bir daha enmir. Enerji resurslarının bahalaşmasının çörəyə əlbəttə təsiri var. Lakin onu mən deyim ki, çörək biznesi ilə məşğul adamlar bir qırmızı xəttin sərhəddindədirlər. Çünki dünya bazarında buğdanın, unun qiyməti qalxır, Azərbaycanda isə onu süni saxlamaq istəyirlər. Burada dünya bazarındakı bahalaşmanın da rolu var", - Eyyub Hüseynov deyib.
Cənab Hüseynov bildirib ki, Azərbaycan hələ dünya bazarına tam inteqrasiya olunmayıb və ölkədə bu sahədə inhisarçılıq mövcuddur. O deyib ki, əslində azad bazar şəraitində çörək istehsalçıları çörəyi istənilən qiymətə sata bilər və istehlakçının seçim hüquq var.
Eyyub Hüseynov deyib ki, hökümətin çörəyin qiymətini sabit saxlamaq siyasəti doğru yanaşma deyil.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlакçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən BBC News Azərbaycancancaya bildirlibib ki, onların apardığı monitorinqin nəticələrinə görə, hazırda əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməyib.
Qurum deyir ki, qanuna zidd halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Azərbaycanda Tarif Şurasının bu ilin yanvarın 5-də gecə yarısı verilmiş qərarı ilə 92 markalı benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb. Bundan başqa eyni qrumun yanvarın 31-də verdiyi qərarı ilə əhali üçün bir kubmetr su təchizatının və tullantı sularının axıdılması xidmətinin tarifi 100 faiz bahalaşıb.

Xəbər lenti