Azərbaycan Müdafiə Nazirliyi: "Ordu humanitar atəşkəs rejiminə tam riayət edir"

Azərbaycan Müdafiə Nazirliyi:
 Bazar ertəsi günü Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu gün səhər saat 8-dən etibarən cəbhə boyu qüvvəyə minmiş humanitar atəşkəs rejiminə ordu tam riayət edir. Azərbaycan Müdafiə Nazirliyi onu da bəyan edib ki, humanitar atəşkəs elan olunsa da Ermənistan tərəfi əldə olunmuş razılaşmanı pozub. Ermənistan tərəfinin bu iddialar barədə şərhi hələ məlum deyil.
25 oktyabr bazar günü ABŞ Dövlət Departamenti bəyan edib ki, öz vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Ceyhun Bayramov bazar ertəsi günü yerli vaxtla səhər saat 8-dən humanitar atəşkəs elan etmək haqqında razılığa gəliblər. Daha əvvəl də oktyabrın 10-u və 17-də humanitar atəşkəs elan edilib, lakin hər iki dəfə faktiki olaraq əməl edilməyib – döyüş və atəşmalar davam edib.  
"Humanitar atəşkəs” əsirlər və həlak olanların cəsədlərinin mübadiləsini nəzərdə tutur.

Xəbər lenti