Anar Məmmədov döyülməsi barədə saxta məlumatları təhdid hesab edir Anar Məmmədov döyülməsi barədə saxta məlumatları təhdid hesab edir

Anar Məmmədov döyülməsi barədə saxta məlumatları təhdid hesab edir
"Lombard N1” firmasının sahibi Məlahət Qurbanovanın "criminal.az” saytının redaktoru Anar Məmmədova qarşı iddiası üzrə məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb. Sosial şəbəkələrdə isə A.Məmmədovun naməlum şəxslər tərəfindən "vəhşicəsinə döyülməsi” və bu hücumun hansısa "oliqarx” tərəfindən təşkil edilməsi barədə məlumatlar yayılıb.
A.Məmmədov bunu yalan adlandırıb və DİN rəhbərliyini bu dezinformasiyanı yayanları tapıb cəzalandırmağa çağırıb.
A.Məmmədovun vəkili Elçin Sadıqov Turan-a bildirib ki, yanvarın 10-da Ağdam Rayon Məhkəməsinin iclasında qarşı tərəf "Lombard Məlahət” ifadəsində "böhtan” və "təhqir”in olub- olmadığını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. "Biz buna etiraz etdik. Lombard həm də hüquqi termindir. Mülki Məcəllənin 302-ci maddəsində lombard fəaliyyəti nəzərdə tutulmuş sahibkarlıq fəaliyyət növü kimi göstərilir. Heç bir halda bu ifadə nüfuza xələl gətirən, üstəlik şərəf və ləyaqəti təhqir edən ifadə kimi qəbul edilə bilməz. "Təəssüf ki, məhkəmə vəsatəti təmin edib və işi ekspertizaya göndərdi”, - E.Sadıqov deyib. 
Ekspertizanın təyin edilməsi ilə əlaqədar proses qeyri-müəyyən vaxta təxirə salınıb. Vəkil deyib ki, iddiaçı jurnalistin böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Bu vəziyyətdə, onu iki ilədək azadlıqdan məhrumetmə cəzası və əlavə olaraq hazırda şərti olaraq çəkdiyi 5,5 il müddəti gözləyir. Müdafiə tərəfi iddianı əsassız sayır və bunun ifadə azadlığına qarşı yönəldildiyini bildirir.
E.Sadıqov qeyd edib ki, AİHM-in presedent qərarlarına görə, ifadə azadlığına görə cinayət təqibi qadağandır.
Şənbə günü A.Məmmədov özü Azərbaycan DİN rəhbəri Vilayət Eyvazova məktubla müraciət edərək ona hücum edilməsi və amansızcasına döyülməsi barədə sosial şəbəkələrdə yayılan məlumatların araşdırılmasını xahiş edib. Jurnalist hesab edir ki, saxta məlumatın yayılması ona qarşı planlaşdırılan təxribatın tərkib hissəsidir. Bununla əlaqədar o, DİN rəhbərindən yalan məlumatları yayan şəxslərin aşkar edilməsi və cəzalandırılması üçün tədbirlər görülməsini xahiş edir. DİN-dən şərh almaq mümkün olmayıb. 

Xəbər lenti