Almatıda yenə atışma səsləri eşidilir

Almatıda yenə atışma səsləri eşidilir
 20:31 Hazırda Almatıda Nazarbayev, Qoqol, Jibek Jolı, Kunayev küçələri silahlı qrupların nəzarəti altındadır. "Sputnik Qazaxıstan" xəbər verir ki, tək-tək atışma səsləri eşidilir. Küçələr boşdur... 

*** 19:38
Qazaxıstanda iğtişaşlar nəticəsində həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18 nəfərə çatıb. Bu barədə Qazaxıstan KİV-i ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Qarşıdurmalar zamanı 353 nəfər yaralanıb. Almatıda yenidən atışma səsləri eşidilir. Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb. Bir neçə kifayət qədər güclü partlayışın olduğu da bildirilir.

Xəbər lenti