Aksiyada xəsarət alan jurnalistin sümüyü sınıb

28 Dekabr 2021, 18:25
28 Dekabr
2021
18:25
1734
Nərgiz Absalamova prokurorluğa şikayət edəcək
Dekabrın 28-də Milli Məclisin önündə baş tutan "Media haqqında” yeni qanun layihəsinə etiraz aksiyasının iştirakçısı jurnalist Nərgiz Absalamova xəsarət alıb. Həkim rəyinə əsasən, onun büzdüm sümüyü sınıb və içəri batıb.
Bu barədə Meydan TV-yə danışan Nərgiz Absalamova bildirib ki, onu qadın polislərdən biri itələyib:
"Şuarı səsləndirəndə çox möhkəm qışqırırdım, qadın polis də səsim bərk çıxdığı üçün mənim boğazımdan yapışdı. Məni boğub, itələyirdi. Həmkarlarım məni müdafiə etmək üçün önümə keçdilər. O zaman qadın polis bir də məndən yapışmağa cəhd etdi. Sonra hamımızı eyni vaxtda itələdi, yıxıldıq”.
Jurnalist arxası üstdə səkiyə yıxıldığını bildirir. Deyir ki, isti-isti heç nə hiss etməyib, lakin aksiya bitəndən sonra ayağını yerə basa bilməyib:
"Ağrı gücləndi, dostlarım evə apardı. Evdə də ağrıdan dayana bilmədim. Getdim Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna. Burada mənə dizimdə toxumaların zədələndiyini, onurğanın ən son hissəsindəki büzdüm sümüyümün qırıldığını və içəri batdığını bildirdilər”.
Həkim jurnalistə növbəti 3 həftəni oturmağı, əyilməyi və hərəkət etməyi yasaqlayıb. Yatanda isə üzüaşağı uzanmalıdır:
"Bir dərman yazdı, bir də oturma simidi var, ortopedik döşək deyirlər, ondan almağımı tapşırdı. Dedi ki, əgər vacib oturmaq lazım olsa, ondan istifadə edim”.
Hazırda ağrılarının olduğunu bildirən jurnalist başına gələnlərlə bağlı vəkilini məlumatlandırıb. Deyib ki, şikayət ərizəsi ilə prokurorluğa müraciət edəcək:
"Məhkəməyəcən getməyi düşünürəm”.
Meydan TV məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxlayıb. O, işdə olmadığını bildirib.
DİN-in mətbuat xidmətinin şəhər nömrələrindən də məlumat almaq mümkün olmayıb.
Sonradan DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Meydan TV əməkdaşı ilə əlaqə saxlayaraq, hadisə zamanı heç bir jurnalistə xəsarət yetirilmədiyini deyib:
"Maraqlanmışam, xəsarət alan olmayıb. Bir nəfərin burnu belə qanamayıb. Polislər aksiya iştirakçılarının təhlükəsizliyini çox səliqəli təmin ediblər. Xanım iddia edir ki, onurğası zədələnib. Deyim ki, o cür xəsarət alan hərəkət edə bilməzdi. O sümük insanın qamətini saxlayır. O qız həqiqətən elə ciddi xəsarət almış olsaydı, onu birbaşa xəstəxanaya çatdırardılar. Yenə də deyirəm, aksiyada nəinki kiminsə sümüyü sınıb, heç burnu qanayan da olmayıb. Ancaq yenə də deyim ki, əgər xanımın əlində sübutu varsa, müraciət etsin, araşdıraq”.
Etiraz aksiyası iştirakçıları düşünürlər ki, "Media haqqında” yeni qanun layihəsi təklifi Azərbaycanda olan qapalı mühitin daha da sərtləşməsinə təkan verəcək. Bu, ifadə azadlığı hüququnun pozulmasıdır və qəbulu yolverilməzdir.
Aksiyanın keçirildiyi saatlarda Milli Məclisin komitələrində bir qrup hökumətyönümlü media əməkdaşları ilə müzakirələr aparılıb və qanun layihəsi dekabrın 3-da Milli Məclisin gündəliyinə salınıb.
Bu, jurnalistlərin "Media haqqında” qanun layihəsinin qəbuluna ikinci etiraz aksiyasıdır. Daha öncə, dekabrın 24-də bir qrup jurnalist yenə Milli Məclisin önündə 2-ci oxunuşda qəbul edilən qanun layihəsinə etirazlarını bildiriblər. Onlar qanun layihəsinin ictimai müzakirəyə çıxarılmadan gizli qəbul edildiyini, bir çox maddənin mürtəce olduğunu söyləyiblər. Bildiriblər ki, bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasına, Avropa İnsan Haqları Konvensiyasına və Azərbaycanın qoşulmuş olduğu digər beynəlxalq müqavilələrin ifadə və media azadlığı haqqında müddəalarına ziddir.
Milli Məclisin dekabrın 20-də keçirilən iclasında "Media haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.
Bura media qurumun və jurnalistlərin qeydiyyatdan keçməsindən tutmuş, vahid jurnalist vəsiqəsi əldə etməyə, gizli yolla əldə edilmiş məlumatın yayılmasının əngəllənməsinə qədər xeyli məsələlər daxildir.
Layihə dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib.
Ardınca Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb.
Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Buna baxmayaraq, layihə ikinci oxunuşda da qəbul olunub.

Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Sənəd, Manşet, Cəmiyyət
Aksiyada xəsarət alan jurnalistin sümüyü sınıb
-
Sənəd, Manşet, Cəmiyyət
Keçmiş polis: Rəisim məni yataq görüntülərimlə şantaj edirdi - “Skoç Ədalət” barəsində ilginc iddia
-
Sənəd, Manşet, Cəmiyyət
Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
Sənəd, Manşet, Cəmiyyət
Baş Prokuroluqdakı süründürməçilik görün vətəndaşı nəyə əl atmağa vadar edib!
-
Sənəd, Manşet, Cəmiyyət
Bakıda model və ginekoloqun ölümü ilə gündəmə gəlmiş Sirus Qoçqaninin saxtakarlığı üzə çıxdı
-
Sənəd, Manşet, Cəmiyyət
Bakıda sakinlər yeni "Şanxay" salınmasına etiraz edir - CAVİD QURBANOVA MÜRACİƏT
-
Sənəd, Manşet, Cəmiyyət
Xəstə: Ölsəm, qanım bu səhiyyə sisteminin üzərində qalacaq
-
Sənəd, Manşet, Cəmiyyət
Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib
-
Sənəd, Manşet, Cəmiyyət
"Cənab müstəntiq, bizi uşaq yerinə qoymayın!" - VİLAYƏT EYVAZOVA ŞİKAYƏT