Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”

20 İyun 2022, 21:09
20 İyun
2022
21:09
151
Vəkili hərəkat sədri ilə görüşüb
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin 18 gündür ki, həbsdə aclığı davam etdirdiyi bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən ilahiyyatçının yaxınlarının sözlərinə görə, iyunun 20-də vəkili Qobustan həbsxanasında Taleh Bağırzadə ilə görüşüb.
"Vəkil dedi ki, fiziki cəhətdən tükənmə aşkar hiss olunur. Üzündə solğunluq var, çətinliklə danışır. Səsi zəifləyib”, – ailə üzvləri bildirib.
Səhhətindəki problemlərə baxmayaraq, ilahiyyatçı deyib ki, Müsəlman Birliyi Hərəkatının üzvlərinə işgəncə verən və bu proses zamanı Allahı təhqir edən polislər cəzalandırılana qədər aclığı davam etdirməkdə israrlıdır.
Həbsdə aclıq edən başqa bir inanclı fəal Abbas Hüseynovun da vəziyyətinin kəskin pisləşdiyi deyilir.
Ailəsinin verdiyi məlumata görə, aclıq nəticəsində onun vəziyyəti o qədər ağırlaşıb ki, huşunu itirərək yıxılıb və nəticədə başı əzilib:
"Abbas bu gün zəng eləmişdi. Özü dedi ki, səhər başı gicəllənib, yerə yıxılıb. Başı möhkəm əzilib. Abbasa sistem köçürmək istəyiblər, amma o razılaşmayıb”.
Taleh Bağırzadə iyunun 3-dən aclıq aksiyasına başladığını açıqlayıb.
O, saxlandığı həbsxananın rəhbərliyinə bu barədə yazılı ərizə verib. Hərəkat sədri bildirib ki, inanclı şəxslərin polis idarələrində işgəncəyə məruz qalması və bu zaman Allahın da təhqir olunmasına etiraz olaraq aclığa başlayır və tələbi bu hərəkətlərə yol verən şəxslərin cəzalandırılmasıdır.
Penitensiar Xidmət Taleh Bağırzadə və ondan sonra aclıq aksiyasına qoşulan həbsdəki başqa inanclılarla bağlı deyilənlərə münasibət bildirməyib.
Daxili İşlər Nazirliyi isə Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncə və təhqirlərə məruz qalması haqda şikayətlərin əsassız olduğunu bəyan edib.
Müsəlman Birliyi Hərəkatının 5 üzvü mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hərəkatın başqa bir fəalı Razi Abbasova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunduğu gün məhkəmənin qarşısında saxlanılıb. Onlardan üçünə polisə müqavimət ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilib, digər iki nəfər isə həmin gün gecə saatlarında buraxılıb. Onlar gün ərzində işgəncələrə məruz qaldıqlarını, şalvarlarının çıxarılaraq, zorlanmaqla hədələndiklərini bildiriblər.
Taleh Bağırzadə, Abbas Hüseynov və Müsəlman Birliyi Hərəkatının digər üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 2015-ci il noyabrın 26-da Nardaranda keçirdiyi əməliyyat zamanı həbs edilib. Həmin əməliyyatda ikisi polis, dördü Nardaran sakini olmaqla, 6 nəfər öldürülüb.
Taleh Bağırzadə və Abbas Hüseynovun hər biri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda həbs olunan digərlərinə 14 il 6 aydan 19 ilə qədır həbs cəzası verilib. Onların bir qismin sonradan əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həbs olunanlar dövlət çevrilişinə cəhd, terrorçuluq və s. maddələrlə ittiham olunsalar da, heç biri bu ittihamları qəbul etmir.
Taleh Bağırzadə və digərləri polislər də daxil öldürülənlərin hamısının əməliyyatçıların özləri tərəfindən qətlə yetirildiyini, onlarda silah olmadığını bildirir. Onlar həmçinin saxlanılarkən və aparılarkən, eləcə də sonrakı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
Manşet, Cəmiyyət
Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
Manşet, Cəmiyyət
Elmira Axundova haradadır?
-
Manşet, Cəmiyyət
Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”
-
Manşet, Cəmiyyət
Eldar Həsənovun övladları prezidentə müraciət etdi