Abbas Bağırovun keçmiş köməkçisinə hökm oxundu

Abbas Bağırovun keçmiş köməkçisinə hökm oxundu
Загрузка...
Əməkdar artist Abbas Bağırovun köməkçisi, dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevə hökm oxunub. "Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O. Mehrəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 İttihama görə, O.Mirəliyev həmçinin, müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv/metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb. 2017-ci ildə Maman Nadirovdan 3500 manat alaraq, onun cinayət işinə xitam verdirdirəcəyini vəd edib.
Qeyd edək ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti