“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi

“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
 Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, keçmiş deputat, məşhur "91-lər”dən olan Kərim Kərimov 85 yaşında vəfat edib. Bu barədə yerli KİV-lər xəbər verir.
Qeyd edək ki, Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub. 3 övladı var.

Xəbər lenti