33 yaşlı hərbiçimiz intihar etdi

33 yaşlı hərbiçimiz intihar etdi
Şirvanda 33 yaşlı kişi intihar edib. "Qafqazinfo"nun məlumatına görə, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

Xəbər lenti