“3-4 gündür acıq, meyitləri aparan yoxdur, bizi əvvəlki tarixlə xidmətdən azad etmək istəyirlər...” - UKRAYNADA RUSİYA ORDUSUNUN ACINACAQLI HALI “3-4 gündür acıq, meyitləri aparan yoxdur, bizi əvvəlki tarixlə xidmətdən azad etmək istəyirlər...” - UKRAYNADA RUSİYA ORDUSUNUN ACINACAQLI HALI

“3-4 gündür acıq, meyitləri aparan yoxdur, bizi əvvəlki tarixlə xidmətdən azad etmək istəyirlər...” - UKRAYNADA RUSİYA ORDUSUNUN ACINACAQLI HALI
Sosial şəbəkələrin rus seqmentində Ukraynaya yeridilmiş Rusiya ordusunun acınacaqlı durumunu əks etdirən kadrlar yayıb. Bu dəfə kadrların müəllifi elə Rusiya əsgərlərinin özləridir.
Videokadrlardan görünür ki, hansısa yarıuçuq tikilinin içərisində və həyətində çoxsaylı Rusiya əsgərləri cəmləşib. Onlar 3-4 gündür ac olduqlarını deyirlər. "3-4 gündür bizi bura "top yemi” kimi atıblar. İndi də hansısa kağıza qol çəkdirmək istəyirlər ki, xidmətdən azad olunuruq. Əvvəlki tarixlə bizi xidmətdən azad etmək istəyirlər, guya heç ümumiyyətlə biz Ukraynada olmamışıq. Özlərini təmizə çıxarmaq üçün. Onlar bizi guya təlimə gətiriblər. Nə meyitləri aparan var, nə yaralıları. İndi gözləyirik ki, nə vaxt bizi sərhədin o tərəfinə aparacaqlar, 3 gündür deyirlər qaytaracaqlar, amma qaytarmırlar. Ayaqlarımız suyun içindədir, bilmirik nə edək, yerdə yatırıq, suyun, palçığın içində. Onlar isə budur, hansısa kağıza qol çəkdirmək istəyirlər ki, xidmətdən azad olunur. Bu da Rusiya ordusu”, - videonu çəkən əsgər deyir. Və yaxınlıqdakılar onun dediklərini təsdiqləyir...

Xəbər lenti